Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24018
az

Azərbaycanda “quş qripi” ilə bağlı əhaliyə müraciət olundu: “Uzaq durun“

19:2305 Fevral, 2020
696
TİBB
  • A

Ölkə ərazisinin "quş qripi" xəstəliyindən qorunması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsiliyi Agentliyi (AQTA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) digər aidiyyəti qurumlarla birgə mütəmadi olaraq epizootoloji monitorinqlər həyata keçirir.

AQTA-dan "Yeni Sabah"a daxil olan məlumata görə, bu ilin yanvar ayında keçirilən sonuncu monitorinqlər zamanı milli park və dövlət təbiət qoruqları, su-bataqlıq əraziləri, dənizsahili zonalar, eləcə də sənaye əsaslı iri quşçuluq müəssisələri, həyətyanı və kiçik həcmli kommersiya tipli quşçuluq təsərrüfatlarından götürülmüş nümunələrin laboratoriya müayinələri nəticəsində quş qripi xəstəliyinin törədicisi aşkar olunmayıb, həmçinin xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədinə rast gəlinməyib.

Bununla yanaşı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) tərəfindən bir sıra Avropa ölkələri ərazisində quşlar arasında xəstəlik törədicisinin aşkar olunması və müvafiq beynəlxalq təşkilatların epizootik vəziyyətlə bağlı məlumatlarını ciddi siqnal kimi qəbul edərək hazırda AQTA və ETSN tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilməkdədir. 

Eyni zamanda, ölkəmizin coğrafi, iqlim xüsusiyyətlərinə görə qış və erkən yaz dövründə köçəri quşların kütləvi şəkildə ölkə ərazisindən keçməsi və köçəri quşların mövsümlə əlaqədar yemlərlə yetərincə təmin olunmaması quşlar üçün epizootik risk yaradır.

AQTA və ETSN vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa, eyni zamanda, xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmağa, bununla bağlı şübhəli hallar müşahidə etdikdə Agentliyin regional bölmələrinə, yaxud “1003-Çağrı Mərkəzi”nə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar Xətti”nə məlumat verməyə çağırır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...
Məktəblilər arasında yayılan
Onkoloji xəstəlik riskini azaltmağın ÜÇ YOLU

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO