Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2016
az

Ölümcül virus qayıtdı - 26 ölü - FOTO

17:4521 May, 2018
1446
TİBB
  • A
Konqo Demokratik Respublikasında Ebola virusunun yenidən baş qaldırması nəticəsində bu ölümcül mərəzdən ölənlərin sayı 26 nəfərə atıb.

Diaqnozları ölkənin Səhiyyə Nazirliyində təsdiqlənən yoxulanların sayı isə 21 nəfərdir. Daha 21 nəfərin Ebola virusuna yoluxma ehtimalı həddən ziyadə yüksəkdir.

Oxu24.com  ABC-yə istinadən bildirir ki, Konqonun şimal-qərbindəki İboko şəhərində 4, böyük Mbandaka şəhərində isə 5 nəfərin Ebolaya yoluxduğu təsdiqlənib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Mbandaka şəhərinin inkişaf etmiş infrastruktura malik olması, habelə şəhərdən çay axmasını nəzərə alaraq virusun Konqonun başqa regionlarına yayılma riskinin böyük olduğunu bəyan edib.

Bu gün Konqoda vətəndaşların Ebola virusuna qarşı kütləvi peyvəndlənməsi kampaniyası başlanacaq. Mbandaka şəhərinə artıq 4 min doza peyvənd gətirilib.

Konqoda indiyədək Ebola virusu 9 dəfə tüğyan edib.

2014-2015-ci illərdə Qərbi Afrikada Ebola virusundan 11300 nəfər ölüb, 28553 nəfər bu xəstəliyə yoluxub. Epidemiya Liberiya, Qvineya və Syerra-Leonedə daha çox yayılmışdı.

Mali, Nigeriya, Seneqal, İspaniya, İtaliya, ABŞ və Britaniyada da Ebolaya yoluxma faktları qeydə alınıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bədən uyuşmazlığı nədir?
Seks və ağrı: intim münasibətdən məhrum qadınların HEKAYƏLƏRİ
Güclü ürəyə sahib olmağın ən asan yolu

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO