Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18317
az

Azərbaycanda ölümə səbəb olan ƏSAS XƏSTƏLİKLƏR bunlardır

21:1225 Sentyabr, 2019
920
TİBB
  • A
 Azərbaycanda əhali arasında ölümə səbəb olan xəstəliklər sırasında qan dövranı sistemi xəstəlikləri yenə də liderlik edir.

Oxu24 Trend-ə istinadən əbər verir ki, 2018-ci ildə Azərbaycanda 57 250 nəfər dünyasını dəyişib ki, bu da 2015-ci illə (54 697) müqayisədə çoxdur.

Ötən il dünyasını dəyişənlərin 33 909-u (2015-ci ildə 32 825 nəfər) qan dövranı sistemi xəstəliklərindən, 8 718-i (2015-ci ildə 7 278 nəfər) yenitörəmələrdən, 1 826-ı (2015-ci ildə 1 712 nəfər) tənəffüs orqanları xəstəliklərindən, 2 772-i (2015-ci ildə 2 646 nəfər) travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüb.

Əhalinin hər 100 000 nəfərinə düşən bütün səbəblərdən ölənlərin sayı üzrə də artım qeydə alınıb. Belə ki, 2018-ci ildə hər 100 min nəfər arasında 583 ölüm halı qeydə alınıbsa, 2015-ci ildə bu göstərici 574 olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...
Məktəblilər arasında yayılan
Onkoloji xəstəlik riskini azaltmağın ÜÇ YOLU

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA