Qaynar xətt:

(+99450) 247 90 86

Həkimdən bağırsaq sağlamlığı ilə bağlı AÇIQLAMA

Həkimdən bağırsaq sağlamlığı ilə bağlı AÇIQLAMA

TİBB

52

29.10.2026, 22:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İllərlə L-tiroksin içib, hər 6 aydan bir analiz verərək yenə də yorğun oyanırsınızsa, bu yazı sizin həyatınızı dəyişə bilər.

Oxu24.com xəbər verir  ki,həkim Nərmin Novruza  bildirib ki,təsəvvür edin: hər 6 aydan bir növbəti analizi verirsiniz, dozanı tənzimləyirsiniz, amma saç tökülməsi, şişkinlik, artıq çəki və xroniki yorğunluq bir addım belə geri çəkilmir. Niyə?

Çünki problem çox vaxt sadəcə "pis TSH" və ya təkbaşına qalxanvari vəzin özündə deyil. Qalxanvari vəzi bütün orqanizmdən təcrid olunmuş halda işləmir! O, bağırsaqların vəziyyəti ilə çox sıx bağlıdır.

Müasir qastroenterologiya və nutrisiologiya sübut edir ki:

 İmmun cavabımızın böyük hissəsi bağırsaqda formalaşır;

Qalxanvari vəzi üçün həyati vacib mikroelementlər (dəmir, selen, sink) məhz orada mənimsənilir;

 Bağırsaq selikli qişası zədələndikdə isə avtomatik olaraq autoimmun proseslər (AİT) alovlanır.

Yəni, sadəcə hormon atmaq – yanıq siqnalını söndürmək əvəzinə, sadəcə siqnal zənginin səsini qisməyə bənzəyir. Əsas səbəbi aradan qaldırmasaq, problem dərinləşməyə davam edəcək.

Jalə