Təzyiqi aşağı salan 5 əsas qida
10 Noyabr 2026, 09:26
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
238
21.10.2026, 13:40
Havalar soyuduqca insanlarda,xüsusilə uşaqlarda bir sıra xəstəliklər müşahidə oluna bilər.
Bəs,xəstəlikləri ilkin əlamətlərindən necə təxmin etmək olar?
Mövzu ilə bağlı Oxu24.com-a danışan pediatr Aytən İsmayılzadə hər xəstəliyin ilkin əlamətini açıqlayıb.
Həkim bildirib ki,qeyd olunan əlamətlər tibbi ədəbiyyatlarda əks olunan məlumatlar əsasındadır.
"Buna baxmayaraq xəstəliyin diqnozunu müəyyən etmək üçün mütləqdir ki,ixtisaslı həkimə müraciət olunsun və müvafiq analizlərdən sonra xəstəyə səbəb bildirilsin",-deyə həkim qeyd edib.
Koksaki virusu : əllərdə,ayaqlarda,ağızətrafında az qaşıntılı səpkilər. Hərarətli günlər az və ya heç olmur.
Bir həftəyə sağalır. Xüsusi müdaxilə tələb etmir. Adətən ağırlaşma müşahidə etmirik.
Skarlatina: bu günlərdə atipik keçir. Bütün əlamətləri olmaya bilir. Allergiya ilə qarışdırıla bilər. Əllər soyulanda yada düşür ki bəlkə skarlatina imiş. Ona görə boğaz ağrı və az səpki belə olsa boğazdan yaxmada mikrob yoxlanılmalı və antibiotik təyin edilməlidir. Gecikmiş halda və müalicə olunduğu halda da ürək Exo-kq olunması lazımdır.
Rotavirus: bağırsaq qripi, qusma ,ishal ,hərarətlə gedir, qarın ağrı bir həftə davam edə bilər. Elə 2_3 dəfə qusma,ishal ilə uşağın suyu bitmir, əsas odur həkimlə əlaqə saxlayıb düzgün məsləhət alın və uşağı yeməyə məcbur etməyin. Su içib qaytarmırsa venadaxili infuziyaya gərək qalmır.
Parapertussis : göyöskürəyəbənzər xəstəlik. Bu göyöskürək deyil,ona bənzəyir. Yanaşı olaraq bronxospazm da ola bilir. Əsas da allergik uşaqlarda. Ona görə bronxlara qulaq asmaq lazımdır. Bu da 3 ay çəkir. Göyöskürəkdən fərqli olaraq uşaq göyərmir, qızarır, gözlər sulanır ,öskürək sonunda öyümə,qusma ola bilir, reprizlər olmur. Rentgenə ehtiyac yoxdur. Digər virus üzərinə gələrsə öskürək arta, tutmalar qayıda bilər.
Paraqripp -qripəbənzər əlamətlərlə keçir. Qrip hələ ki yoxdur. Qrip zamanı hərsrət 40 -a kimi yüksəlir, bədən və baş ağrıları şiddətli olur. Halsızlıq çox olur. Paraqrip zamanı isə bu əlamətlər daha zəif olur və ağırlaşma az görülür. Hərarətli günlərdən sonra yaş öskürək ,burunaxma görülür
RS virus -tənəffüs yollarını zədələyən virus. Soyuqlamaya bənzər zökəm əlamətləti olə keçir. Az boğaz ağrı, burunaxma,öskürək,asqıraq, zəif hərarət olur. Əhval,iştah çox vaxt yaxşı olur.
İstənilən virus uşaq daha çox körpə olduqca və yanaşı xəstəliyi olarsa onda ağırlaşma tez verə bilir. Ona görə evdə körpə varsa böyük uşaqların onunla sıx tımasına yol verməmək və infeksiya tutduqlarında tam uzaq etmək, teztez otağın havasını dəyişmək lazımdır. Əsasən allergik uşaülar daha zəif olur. Ona görə allergik fonun güclənməməsinə diqqət etmək, gərəksiz halda süni qida verməmək, ana südünü teztez vermək və bağırsaq mühitini sağlam tutmaq lazımdır.
Jalə
16:21 / 10 Noyabr 2026
7
16:12 / 10 Noyabr 2026
80
15:58 / 10 Noyabr 2026
71
15:44 / 10 Noyabr 2026
153
15:34 / 10 Noyabr 2026
211
15:31 / 10 Noyabr 2026
72
15:25 / 10 Noyabr 2026
95
15:22 / 10 Noyabr 2026
89
14:58 / 10 Noyabr 2026
1977
14:55 / 10 Noyabr 2026
189
14:48 / 10 Noyabr 2026
312
14:23 / 10 Noyabr 2026
410
14:20 / 10 Noyabr 2026
807
14:09 / 10 Noyabr 2026
199
14:00 / 10 Noyabr 2026
849
13:44 / 10 Noyabr 2026
133
13:38 / 10 Noyabr 2026
378
13:26 / 10 Noyabr 2026
1664
13:24 / 10 Noyabr 2026
148
13:20 / 10 Noyabr 2026
343
13:05 / 10 Noyabr 2026
176
13:00 / 10 Noyabr 2026
139
12:37 / 10 Noyabr 2026
592
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.