Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1433
az

Toyuq yumurtası xərçənglə mübarizə aparacaq

21:1305 May, 2018
1308
TİBB
  • A
 Genetik modifikasiya olunmuş toyuq yumurtası xərçənglə mübarizə aparacaq.

Yaponiyanın "Cosmo Bio Co” şirkətinin biotexnoloq-alimləri Milli Sənaye və Texnologiya İnstitutunun (AIST) tədqiqatçıları ilə birgə insan interferonuyla zəngin yumurta yumurtlayan toyuq növü yetişdiriblər.

Oxu24.com xəbər verir ki, AIST-nin tədqiqatçıları xoruz cinsiyyət hüceyrələrinin genetik modifikasiyası üzərində aparılan eksperimentləri müvəffəqiyyətlə başa çatdırıblar. GM-sperması ilə mayalanan yumurtahüceyrələrdən əmələ gələn yumurtaların tərkibində aktiv beta-interferon sintez olunur.

Qeyd edək ki, insanın immun sistemi üçün çox vacib olan beta-interferon, xərçəng və hepatitin bir çox növlərinin müalicəsində istifadə olunan dərmanların aktiv komponenti olan zülaldır.

Yeni texnologiya onkoloji xəstəliklərin müalicəsində tətbiq olunan interferon əsaslı dərmanların qiymətini xeyli ucuzlaşdıra bilər.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diş əyriliklərini neçə yaşa qədər müalicə etmək mümkündür?
Dünyada koronavirusa yoluxanların sayı 84 milyonu keçib
Skolyoz nədir və necə müalicə olunur?

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Zəlzələ belə baş verib - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı