Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102638
az

Azərbaycanda bu spinal iynə qadağan edildi

03:3311 Fevral, 2024
551
TİBB
  • A

Azərbaycanda bir tibbi vasitənin satışı qadağan olunub.
 

Oxu24.com  xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, “MC Firması”nın Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciətində 23E24H8B05 seriya ilə buraxılmış “Pencan 25Gx3 1/2 (88 mm) M.FK-EU/AP/SA” ticari adlı tibb vasitəsinin spinal iynəsinin iynə altlığı və polad kannulanı birləşdirən hissənin istifadə zamanı qopması riski ilə əlaqədar könüllü olaraq geri çağırmaq qərarı qəbul etdiyi və qeyd edilən seriya ilə buraxılan tibb vasitələrini son istifadəçilərdən, pərakəndə satış müəssisələrindən (apteklərdən) və topdansatış müəssisələrindən (distribütorlardan) geri çağırması bildirilib.

Müraciəti Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları araşdırıb və Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 5-ci hissəsinin müddəalarını rəhbər tutaraq, müraciətdə qeyd edilən tibb vasitəsinin geri çağırılması qərarı Mərkəzin sərəncamı ilə təsdiqlənib.

Yuxarıda qeyd edilənləri və “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 16-cı hissəsinin müddəalarını nəzərə alaraq, 23E24H8B05 seriya ilə buraxılmış “Pencan 25Gx3 1/2 (88 mm) M.FK-EU/AP/SA” ticari adlı tibb vasitəsinin ölkəyə idxalı və ölkədə topdan və pərakəndə satışı qadağan edilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Xərçəngin 10 ƏSAS SİMPTOMU:  Bunu hamı bilməlidir!
Göbələk xəstəlikləri

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü