Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102559
az

Öd kisəsinin öldüyünü göstərən əlamətlər - VİDEO

21:3109 Fevral, 2024
489
TİBB
  • A

Bu video öd əməliyyatından çıxanlar haqqındadır. Öd əməliyyatına girməyi düşünənlər də baxa bilərlər.  Vacib bir daxili orqanı əməliyyatla aldırmazdan qabaq bu orqanın hansı işlərə məsul olduğunu bilməyiniz mütləqdir. 

 Öd kisəsi nədir? 

 Öd kisəsi öd suyunu içində saxlayan orqandır. Öynələrarası zaman ərzində öd suyunu depolayır.  Yemək zamanı  hərəkətə keçir, öd suyu ifraz edir. Öd kisəsi əməliyyatla çıxarılan insanlar öd suyu konsentrasiyasına sahib olmurlar. Bu insanlarda öd kanallarından nazik  bağırsağa öd suyu damır ki, bu da normal həzm üçün yetərli deyil. Öd kisəsində daş, yaxud başqa bir simptom səbəbiylə baş tutan cərrahiyyə əməliyyatı  ödlə bağlı problemlərin həllidir. Əməliyyat da, əməliyyatın nəticəsi də problemə uyğundur. 

 Öd suyu nədir? 
 Öd suyu qaraciyər tərəfindən istehsal edilir. Kiçik borularla öd kisəsinə, oradan da öd kanalları vasitəsilə nazik bağırsağa ötürülür.  Öd suyu yağları parçalayan yuyucu vasitə kimidir. Tutaq ki, bir balaca şüşə qabda yağımız var. Başqa bir qabda isə yuyucu vasitəmiz var. Biz şüşə qabdakı yağı yumalıyıq. Bunun üçün, əlbəttə ki, yuyucu vasitəyə ehtiyacımız var. Yəni  qəbul etdiyimiz qidadakı yağların parçalanması, yuyulması üçün öd suyuna ehtiyacımız var. 
 Yuyucu vasitə ilə yağı qarışdıranda nə baş verdiyinə baxaq. Bu saxta öd duzunu götürək, yağın içərisinə əlavə edək, qarışdıraq. Baxın, yağları necə parçalayır. Öd suyu eynən bu prosesi həyata keçirir. 
 Mədəaltı vəzidə lipaz adlı ferment var. Bu ferment yağı asanlıqla daha kiçik molekullara ayırır. Beləcə, həll olunan vitaminlər  nazik bağırsaq tərəfindən mənimsənilir. Daha açıq deyim: A vitamini kimi yağda həll olunan viaminləri qidalardan seçib  ayırmaq üçün öd suyuna ehtiyacımız var. A vitamini çatışmazlığı varsa, alatoranlıqda yaxşı görə bilməzsiniz. Ürək üçün isə E vitamini önəmlidir. E vitamini əzələlərdə depolanır, cinsiyyət hormonlarının qorunması üçün hipofiz vəzinə yığılır. Bəli, E vitamini orqanizm üçün çox vacibdir. E vitamini ürəyi qoruyur, arteriyalardakı iltihablanmanı və oksidləşməni önləyir. Lazımi qədər öd suyu yoxdursa, orqanizm qidalardakı E vitaminini seçib ayıra bilmir.  Bu da ürəyin  işləməkdə çətinlik çəkməsinə, hormonların düzgün  ifraz olunmamasına gətirib çıxarır.  
 Orqanizm üçün vacib olan vitaminlərdən biri də D vitaminidir. Hazırkı dövrdə insanların çoxunda D vitamini çatışmazlığı var.  Öd suyu olmasa, D vitamini orqanizm tərəfindən mənimsənilmir. 
 Bir az da K vitaminindən, xüsusilə, K1 və K2 vitaminlərindən danışaq. K1 vitamini çatışmazlığı qanaxmalarla nəticələnir. K2  olmasa, qəbul edilən kalsium qan damarlarında, oynaqlarda-lazımsız yerlərdə yığılır. 
 Öd suyunun ürək sağlamlığı üçün vacibliyinə diqqət çəkək. Öd suyu  ürəkdəki iltihablanmanı önləyən Omeqa-3 yağ turşularının, ümumiyyətlə,  bütün yağ turşularının qidadan ayrılmasına xidmət edir. 
 Öd daşları yüksək konsentrasiyalı xolesterol daşlarıdır. Yəni  həddən artıq xolesterolunuz varsa,  buna qarşılıq, lazımi qədər öd suyunuz yoxdursa, öd kisəsində daşlar əmələ gəlir. Bunun  müxtəlif səbəbləri ola bilər: 
1) Qaraciyərdəki hər hansı bir problem imkan vermir ki, öd suyu istehsal olunsun; 
2) Öd kisəsi kanallarında, yaxud öd kisəsində  yaranan narahatlıqlar; 
3) Öd kisəsində daşın əmələ gəlməsinin qarşısını ala biləcək ən önəmli faktor yetərli qədər öd suyunun olmasıdır. Bəzən insanlar düşünür ki, öd kisəsindəki daşı artıq yağlar yaradır. Bu, doğru deyil. Səbəb öd suyu çatışmazlığıdır. Öd suyunu istehsal edən xolesteroldur. Xolesterol olmasa, öd suyu istehsal edilməz; 
4) Öd suyunun digər bir funksiyası da  tiroksin hormonu olan T4-ün tridotionin hormonu olan T3-ə çevrilməsinə kömək etməkdir. Buna görə, qaraciyərinizlə bağlı və ya öd suyu ilə bağlı problem varsa, hormonları çevirmək çətinləşir. Nəticədə, hipotireoz yaranır; 
5) Öd suyunun vəzifələrindən biri də qanda şəkərin miqdarının tənzimlənməsidir; 
6) Yediyimiz qidaların faydaları da var, zərərləri də. Əsas yağ turşularını və yağda həll olan qidaları buna misal göstərmək olar: karotenoidlər,  xlorofil və s. Sağlamlığımıza faydalı olan bu bitki mənşəli qidaları almaq üçün  öd suyuna ehtiyacımız var.  Salatlarımıza zeytun yağı, qəlyanaltılarımıza kərə yağı, şirniyyatlarımıza kokos yağı əlavə edirik. Bu yağların mənimsənilməsində də öd suyu ən yaxşı köməkçidir; 
7) Öd suyu artıq xolesteroldan qurtulmağımıza xidmət edir. Demək olar ki, orqanizmdə xolesterolun parçalanmasının çoxunu  öd suyu həyata keçirir. Xüsusilə, “Keto pəhrizi”ni tətbiq edərkən həddən artıq yağ  yediyinizdə öd suyu çatışmazlığı xolesterol səviyyəsinin yüksəlməsi ilə nəticələnə bilər.  Az karbohidratlı pəhriz zamanı öd suyu triqliseridlərlə bərabər, xolesterolla zəngin yağı da yandırır.  Xolesterol yağdan ayrılmalı, qaraciyərə daşınmalı, öd suyu yardımıyla öd kanallarına atılmalıdır; 
8) Sonrakı mərhələdə  öd suyu toksinlərin orqanizmdən xaric olunmasına xidmət edir. Öd suyu çatışmazlığı orqanizmdə toksikləşməyə aparır;

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yumurtanın  insana  bu ziyanı var imiş  - Həkimdən şok AÇIQLAMA
Ürəyi Öldürən 8 qida - Ürək xəstələri qətiyyən yeməsin!
Fil xəsətliyi görün nədən yaranırmış: Müalicəsi olmayan bəla  (18+FOTOLAR)