Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102218
az

Bu qidanı yeyən kimi  qan  laxtalanır  - XƏBƏRDARLIQ!

00:0106 Fevral, 2024
2191
TİBB
  • A

Sağlam insanda fəaliyyət göstərən trombositar - damar sistemi və koaqulasyon hemostaz damar divarının tamlığını təmin edir. Normalda kiçik damarlar zədələnəndə, qanaxma 1 - 2 dəqiqəyə dayanır.

 

Bu əsasən trombasitlərin çökməsi və aqreqasiyası, az dərəcədə isə damarların spazmı hesabına baş verir. Bu prosesdə aparıcı rolu qan damarı divarının zədələnməsi, subendoteliail toxuma strukturunun, xüsusilə kollagenin aşılanması oynayır. Kollagenin və subendotelin tərkibində olan Villebrand faktorunun təsiri altında trombositlərin cəld aktivləşməsi baş verir. Bu zaman trombositlər öz formasının dəyişir, şişir, tikanabənzər çıxıntı əmələ gətirir, yaranın kənarında birləşdirici toxuma lifinə yapışır. Zədələnmiş damar divarının subendotelinə trombositlərin çökməsi damar trombohemostazının başlanğıc mərhələsi hesab olunur.

Eyni zamanda zədələnmiş hüceyrələrdən ifraz olunan katexolaminlər, serotonon və kallogen trombositlərin aqressiya qabiliyyəti artır. Bu zaman trombositlərdən elektron sıxlıqlı qranullu trombosit tərkibli maddələr əmələ gəlir. Bu maddələr qanın laxtalanma qabiliyyətinin artmasına səbəb olur.

Yada salmaq lazımdır ki, trombositlər tromb əmələ gətirən nahiyədə lokal laxtalanmanın intensivliyinə və sürətinə təsir edir.

Plazma azad olunmuş lövhə faktorları və toxuma trombositlərin qarşılıqlı təsiri nəticəsində qanın laxtalanması baş verir. Birincili hemostaz sahəsində az miqdarda trombin yaranır. Bu bir tərəfdən trombositlərin geridönməz prosesini başa çatdırır, digər tərəfdən fibrin əmələ gəlməsinə səbəb olur.
 
Koronar aterosklerozlu xəstələrdə trombosit-damar hemostazının aktivləşməsi koronar ürək çatışmazlığının yaranma prosesində aktiv iştirak edir. Endotel örtüyün çoxsaylı qüsuru trombun əmələ gəlməsinin səbəblərindən biridir.

Beləliklə, ürəyin işemik xəstəliyi olan adamların qanında trombun əmələ gəlməsi, həmçinin trombdan qopmuş fraqment emboliyanın formalaşmasına səbəb olur. Bu hal ən çox qeyri-stabil stenokardiya və kəskin infarkt keçirən xəstələrdə bvaş verir.

Trombun əmələ gəlməsində risk faktorları:

- ürəyin işemik xəstəlikləri

- hiperlipidemiya

- şəkərli diabet

- yüksək arterial təzyiq

- trombögen amillər

- siqaret çəkmə

- mənfi emosiyalar

- piylənmə

- az hərəkətli həyat tərzi

- irsi faktorlar

- qanın laxtalanma sisteminin pozulması.

Qanda trombun əmələ gəlməsi aşağıdakı xəstəliklərə səbəb ola bilir:

- stenokardiya

- ürək ritminin pozulması

- ürək çatışmazlığı

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Xərçəngin 10 ƏSAS SİMPTOMU:  Bunu hamı bilməlidir!
Göbələk xəstəlikləri

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər