Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101044
az

Bağırsaqların Xəstə Olduğunu Göstərən ƏLAMƏTLƏR - DİQQƏT!

11:0315 Yanvar, 2024
528
TİBB
  • A

Bağırsaqlarınızda hansısa xəstəliyin  olmasını bilməyin asan  bir üsulu var. Amma bu üsulu videonun sonunda açıqlayacağam. Videonun  sonuna keçə bilərsiniz, amma məni dinləməyinizi tövsiyə edirəm. Çünki bağırsaqlarla bağlı maraqlı məlumatlar verəcəyəm. 
 Bağırsaqda istər çölyak, kron kimi xəstəliklər, istərsə də, adicə narahatlıqlar olsun, hamısı mikrobiomla əlaqəlidir. Bağırsaqlarda trilyonlarla mikrob var. Onların miqdarında və ya növündə bəzi dəyişikliklər ola bilər. Faydalı bakteriyalar daha az, zərərli bakteriyalar daha çoxdursa, problemin mövcudluğu şübhəsizdir. 

 Taxılkimilər lif mənbəyidirmi? 
 Bəzən bağırsaq problemindən danışan kimi,  deyirlər: “Bakteriyaları liflə qidalandırmaq lazımdır”. “11 öynədən, ən azı, 3-ündə taxılkimilər yemək” qaydasının kökündə bu dayanır.  Lifin mikrobları  qidalandırdığını çoxdan bilirik. Lakin söhbət sağlam lifdən gedirsə, düşünməyə dəyər.   Qəribə burasıdır ki, taxılkimilər zənn etdiyimiz qədər liflə zəngin deyillər. Onların, sadəcə, 7%-i lifdən ibarətdir. Bəli, yalnız bu qədər… Nişasta ilə zəngin olan taxılkimilər yüksək miqdarda lifə malik deyillər. Bundan əlavə, qeyd etməliyəm ki, taxılkimilərdə fitin turşusu var. Qısaca deyim, fitin turşusu mineralları bloklayır. Xüsusilə, dəmirin, kalsiumun, maqneziumun və sinkin orqanizm tərəfindən mənimsənilməsinə mane olur.  Yəni kimsə sizə taxılkimilərdən bol-bol yeməyi tövsiyə etsə, ona fitin turşusundan bəhs etməyi təxirə salmayın. Öyrənməyin və öyrətməyin yaşı yoxdur. 
 Rafinə edilmiş taxılkimilərin, demək olar ki, qida dəyəri minimuma enir. Bu məhsulları sintetik vitaminlərlə zənginləşdirmək cəhdinin səbəbi budur. Gəlin, birlikdə düşünək: sintetik vitamin əlavə edilmiş qidanı, həqiqətən də, faydalı qida saymaq olarmı? Cavabınızı rəylərdə yazarsınız.  Qeyd edim ki, son vaxtlar insanlar arasında  qlüten həssaslığının artmasının bir səbəbi də budur. Bəli, bunlar önəmli faktorlardır. 
 Bir sözlə, son illər mütəxəssislər taxılkimilərin həzm problemləri yaratdığı qənaətindədirlər.  Müntəzəm şəkildə lif qəbul etməyin qəbizliyi aradan qaldırdığını dəfələrlə vuğrulamışam. Artıq bilirik ki, qəbizliyin ən önəmli səbəblərindən biri orqanizmdə olan lif çatışmazlığıdır. Nə qədər çox lif qəbul etsəniz, orqanizmin özünü boşaltmaq müddəti o qədər qısa olacaq və proses nizamlanacaq. 
 Liflər müxtəlifdir: taxılkimilərdən aldığımız liflər, salatlardan aldığımız liflər. Fərq ondadır ki, salatlar qlütensizdir. Düzdür, oksalatla zəngin ispanağı, fitin turşusuna malik bəzi məhsulları da nəzərə almalıyıq. Lakin bunlar taxılkimilərə nəzərən daha məqbuldur.  Ayrıca, salatlarda yüksək miqdarda kalium, maqnezium, fol turşusu, C vitamin olur ki, bunlar da orqanizmin sağlamlığına xidmət edir. 
 Son dönəmlərdə “Keto pəhrizi”nə daxil olan və “Keto” kateqoriyasına aid edilən şirniyyatlar haqqında da çox eşidirik. Bu şirniyyatlarda funksionallıq baxımından aktiv liflər var: 
-qarğıdalı lifi; 
-maniok lifi; 
-soğan, ənginar kimi bitkilərin kökündən əldə edilən inulin; 
-zəncirotu kökündən alınan lif; 

 Köp və qaz nədən yaranır? 
 İnsanların çoxu lifli məhsullar səbəbiylə köpdən və qaz yığılmasından əziyyət çəkir. Bəs proses necə gedir?  Bir fermentasiya müddətinə sahibik. Mikroblar liflərin bir qismini parçalamağa çalışırlar. Mikrobiom başlayır metan qazı, yaxud bağırsaqlarda köp, paralelində ağrı yaradan bu tip şeyləri ifraz etməyə. 
 Mikroblardan danışaq bir az da. Mikroblar 3 kateqoriyaya ayrılırlar: 
1) “Pis mikroblar”-bunlara “patogenlər” deyilir; 
2) “Dost bakteriyalar”-“mutual mikroblar” adlanır. Bunların bizimlə qarşılıqlı əlaqəsi var: bizə faydalıdırlar. Amma əvəzində də bizdən faydalı şeylər gözləyirlər. Məsələn; sığınacaq bir yerə sahib olmaq kimi; 
3) Neytral mikroblar-“kommensallar”. Onlar bizim orqanizmimizdə yaşayırlar. Amma bizə nə zərər verirlər, nə də xeyir verirlər. Ümumiyyətlə, bizi narahat etmirlər; 

Bu mövzuda bilməli olduğunuz şeylər var. Bağırsaqlardakı faydalı mikrobların böyük bir qismi qəfildən  “pis mikroblar”a çevrilə bilirlər. Başqa sözlə, patogenlərə çevrilmək bacarığı olan mikroblara sahibik. Bəs “pis mikroblar” haradan əmələ gəlir? Birdən-birəmi meydana çıxırlar?  
 Neytral mikrobların “pis mikroblar”a çevrilməsində təsirli olan faktorlara bağırsaq çöpləri, Helicobacter pylori, Clostridioides difficile, kandida və s. bu kimi şeyləri misal çəkmək olar. Bağırsaqların mikrobiomu dəyişdikdə mikroblar xarakterlərini dəyişirlər.  Nəticədə, orqanizmdə problemlər baş qaldırır.  Bağırsaqlarda mühit  dəyişkənliyinin əsas səbəbi stressdir.  Bu mənada,  bağırsaqlarda stress yaradanlardan biri antibiotiklərdir. İndi kimsə əminliklə deyəcək: “Mən antibiotik istifadə etmirəm”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Xərçəngin 10 ƏSAS SİMPTOMU:  Bunu hamı bilməlidir!
Göbələk xəstəlikləri

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü