Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98305
az

Əri Natəvanın ölüm səbəbini açıqladı: “Xəstələnməyinə səbəb..." - VİDEO

16:2521 Noyabr, 2023
362
ŞOU-BİZNES
  • A

"Natəvan son günlərini ümidlə yaşayırdı".

OXU24.COM xəbər verir ki, bu sözləri xərçəng xəstəliyindən dünyasını dəyişən telejurnalist Natəvan Babayevanın həyat yoldaşı Etibar Babayev ARB-yə açıqlamasında deyib.

O bildirib ki, Natəvan övladının xeyir işini görməyi çox arzulayırdı:

"Natəvan üçün valideynlərindən sonra ən böyük sevgisi övladı olub. Deyirlər ki, uşaq atadan yox, anadan yetim qalır. Mənim üçün ən ağır hiss övladımın anasız qalmağı oldu. Özü üçün yox, yaxın ətrafı üçün əlindən gələni əsirgəməyib. Natəvan 7 ilə yaxın ağır xəstəlik keçirdi. Düşünürəm ki, o, xəstə halı ilə analıq borcunu layiqincə yerinə yetirdi. Onun dünyasını dəyişəndən sonra bu hadisənin bu qədər rezonansa səbəb olacağını təsəvvür belə etmirdim. Bəlkə də onun xəstələnməyinə səbəb özündən başqa hamını düşünməsi idi. Anasını, arxasınca atasını itirdi, qısa zamanda stres yaşadı. Özündən başqa ətrafı üçün "yanan" insan olub".
Mərhumun həyat yoldaşı onun dünyasını dəyişdiyini öz gözləri ilə gördüyünü söyləyib:

"O öz xəstəliyini bilirdi, amma bu qədər ağır olacağını və dünyasını belə tez dəyişəcəyini bilmirdi. Danışmağa halı belə yox idi. Övladımızı görmək istədi və onunla görüşdü".

Qeyd edək ki, Natəvan Babayeva illər əvvəl keçmiş ANS televiziyasında çalışıb. O, son illər AzTV-də xəbərlər verilişinin aparıcısı olub. Natəvan bu il iyulun 20-də Milli Onkoloji Mərkəzində 46 yaşında uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib. O, ölümündən bir gün sonra səhər saatlarında doğulduğu Salyan rayonunun Parça Xalac kəndinə gətirilərək dəfn olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Mirəliyev yeni imicindan DANIŞDI:

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...