Buna görə verilişlərə getmir
26 Sentyabr 2026, 21:50
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
425
20.06.2023, 20:00
OXU24.COM müğənni Nura Suri ilə müsahibəni təqdim edir:
- Sosial şəbəkələrdə statuslarınız çox cəsarətlidir. Qorxduğunuz, çəkindiyiniz hallar yoxdur?
- Tək statuslarım yox, özüm də cəsarətliyəm... Heç vaxt sözümü deməkdən çəkinmirəm. Haqsız nəsə görəndə susmuram. Nədənsə xoşum gəlməzsə, onu deyərəm. İnsanlar söz deməkdən çəkinirlər, arxada danışmağı sevirlər. Mənə başqalarının şəxsi həyatı heç vaxt maraqlı olmayıb. Özümə qarşı nəsə olanda anında insanın üzünə qarşı deyirəm, ya münasibəti bitirərəm, ya da davam edərəm.
Düzdür, heç kim mələk deyil. Səhvsiz insan yoxdur, hamımızın müəyyən qədər səhvi var. Sadəcə insanların yaxşı və pis xüsusiyyətlərini tərəziyə qoyuram və fikirləşirəm ki, bu insanı ya olduğu kimi qəbul etməli, ya da ondan uzaqlaşmalıyam. Fikir versəm ki, mənimlə bir, başqasıyla ərqli davranır, elə insandan qaçıram.
Ümumiyyətlə, çox insan olan yerdə panikaya düşürəm. Enerjiyə önəm verirəm. Əhatə dairəm o qədər də böyük deyil.
- Nə vaxtsa statusunuza görə problem yaşamısınızmı?
- Xeyr. Kimlərsə deyə bilər ki, niyə status yazmısan, başın ağrıya bilər və sair. Yenə də deyirəm ki, haqsızlığa dözən insan deyiləm. Mənim dövlət, hakimiyyət, müxalifət və siyasətlə onsuz da işim yoxdur. Mən sadəcə olaraq tanınmış insan olduğuma görə sözüm daha tez çatacaq, saytlar yazacaqlar deyə fikrimi deməkdən çəkinmirəm.
Kimlərinsə problemi olanda görməzdən gələ bilmirəm. Belə hal ola bilməz. Yaxşını deyəndə onu qabartmıram.
- Sanki şou-biznesdə sizdən çəkinirlər.
- Bunu hiss etməmişəm, çəkinirlərsə nə xoş mənə.
- Yaxın günlərdə millət vəkilliyinə namizəd olacağınızı açıqladınız.
- Bəli, iki ildən sonra seçkilər olmalıdır.
- Müğənni və millət vəkili olmaq...
- Niyə də olmasın, əslində, bütün dünyada bu hal var. Mən həm aparıcı, həm də müğənniyəm. Sözümü deməyi bacarıram, insanların probleminə biganə yamaşmıram. Düşünürəm ki, mənim Milli Məclisdə həm mədəniyyət sahəsində, həm də ümumilikdə bir çox problemləri işıqlandırıb, onların həllini tapmasına yol aça bilərəm.
- Sizi incidənləri bağışlaya bilirsiniz?
- Məni heç kim incidə, xətrimə dəyə bilməz. Kim nə edirsə, öz daxilindəkini göstərir. O mən deyiləm. Ümumiyyətlə, heç nəyi özümə problem edən adam deyiləm. İnsanları başa düşməyə çalışıram. Hər şeyə fikir vermirəm və elə olsaydım, bu vəziyyətdə qalmazdım.
- Gözəl və baxımlı xanımsınız. Özünü sizə bənzədənlərə münasibətiniz necədir?
- Özümü heç vaxt gözəl hesab etməmişəm. O qədər gözəl olsaydım, bu gün gözəl olmaq üçün bu qədər əziyyət çəkməzdim. Formada qalmaq və gözəl görünmək üçün daim idmanla məşğul olmaq kimi üsullara əl atmazdım. Bunlara vaxtım çox gedir.
- Yorulduğunuz hallar olurmu?
- Əlbəttə, olur. İnsanıq...
- Onda nə edirsiniz?
- Mən özümə qapanmağı çox sevirəm. Günlərlə evdən çıxmaya bilərəm. Dənizkənarı parka çıxa və ancaq kitablar oxuya bilərəm. Məndə özünə qapanmaq və kitab oxumaq kimi xüsusiyyətlər uşaqlıqdan var. Yəni real həyatdan uzaqlaşmağı bacarıram. Buna meditasiya deyə bilərsiniz.
00:16 / 30 Sentyabr 2026
74
00:02 / 30 Sentyabr 2026
71
23:55 / 29 Sentyabr 2026
1408
23:47 / 29 Sentyabr 2026
60
23:43 / 29 Sentyabr 2026
65
23:34 / 29 Sentyabr 2026
60
23:23 / 29 Sentyabr 2026
146
23:12 / 29 Sentyabr 2026
86
23:08 / 29 Sentyabr 2026
71
23:07 / 29 Sentyabr 2026
54
22:50 / 29 Sentyabr 2026
67
22:39 / 29 Sentyabr 2026
79
22:28 / 29 Sentyabr 2026
109
22:28 / 29 Sentyabr 2026
941
22:24 / 29 Sentyabr 2026
183
22:09 / 29 Sentyabr 2026
64
22:09 / 29 Sentyabr 2026
211
21:58 / 29 Sentyabr 2026
362
21:45 / 29 Sentyabr 2026
70
21:36 / 29 Sentyabr 2026
99
21:26 / 29 Sentyabr 2026
73
20:56 / 29 Sentyabr 2026
510
20:53 / 29 Sentyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.