Xalq artisti Röya Ayxan növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
OXU24.COM istinadən bildirir ki, sənətçi qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda anasının ondan 7000 dollar pul istədiyini bildirib.
Xalq artisti vurğulayıb ki, bu pulu valideyninin ürəyindən əməliyyat olunması üçün tələb olunduğunu bir neçə gün keçdikdən sonra bilib:
"Anam mənə uzun mesaj yazıb. Açmışam mesajını, oradan-buradan oxumuşam. Bir də 7 min dollar sözünü gördüm. Prodüserim Kənana söylədim ki, tez 7 min dolları göndər. Anam evin böyük bacısıdır. Dedim yəyin bacılarına istəyir.
Anam hər zaman mənə səhərlər yazır. Baxıram ki, mənə heç nə yazmayıb. Hər gün məndə bir duası olmalıdır. Dualarla söz göndərir. 2-3 gün keçdi yenə mənə yazmadı. Zəng vurdum anama, amma telefonu xalam qızı götürdü.
Sual verirəm ki, Telli xanımın başı yaman qarışıqdır, nə əcəb mənə yazmır? Xalam qızı isə cavabında dedi ki, Telli xanım ürəyindən əməliyyata girib. Ürəyinin klapanlarını yenə dəyişirlər. Mən isə onun mesajında 7000 dolları nəyə görə istədiyini oxumamışam.
Deyirəm ki, Allah mənim kimi qızı öldürsün. Ayıldıblar anamı, onunla danışmışam. Deyirəm ki, çox üzr istəyirəm. Sual verir ki, bəs səndən 7000 dolları istəyəndə nə zənn etdin?
Utandım deməyə ki, ancaq 7000 dolları oxumuşam (gülür). Ondan sonra dedim ki, bitdi, mənə yalnız səsli mesaj göndərəcəksən, yazmayacaqsan".
ŞƏRHLƏR