Buna görə verilişlərə getmir
26 Sentyabr 2026, 21:50
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
583
19.06.2023, 14:02
Bu gün mərhum Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ad günüdür.
OXU24.COM axşam.az-a istinadən bildirir ki, bu münasibətlə "Müasir televiziya ocağı" sənədli filmi təqdim olunub. Ekran işində ATV telekanalının rəhbəri Azər Xəlilov, Xəzər media mərkəzinin baş direktoru Murad Dadaşov, Xalq artistləri Afaq Bəşirqızı, Zülfiyyə Xanbabayeva, Mehriban Zəki, kinorejissor Vaqif Mustafayev, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və digərləri O.Əliyevlə bağlı xatirələrini bölüşüblər.
Onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva sənədli filmdə bu fikirləri səsləndirib:
"Oqtay, bu gün sənin ad günündür. Hər ad günü öncəsi səndən soruşardım ki, nə alım sənə? Deyirdin ki, yox, bu olmadı, istədiyimi ala bilirəm, sürpriz olanda maraqlı olur. Həmişə çalışırdım ki, səni təəccübləndirim. Sənin də xoşuna gəlirdi. Deyirdin, bax, bu başqa məsələ, dərsindən 5. Sən də dərsindən beş idin. Bu gün 55 yaşın tamam olur. Ağlıma belə gəlməzdi ki, iki 5 yan-yana gələndə sən özün yanımızda olmayacaqsan. Hər yenilik birinci sənin ağlına gəlirdi. Dəyişikliyi çox sevirdin. Bəs, dünyanı dəyişmək haradan ağlına gəldi, Oqtay? Sənsizlik çox bilinir.
Hamının halına yanırdın, onlar başına yığışırdı. Sanki heç vaxt sönməyən ocaq idin. Tüstüsü olmayan ocaq. Ailənə yaxınlarına, əzizlərinə həmişə möhkəm olmağı tapşırırdın. Doğrudanmı bizi tərk etməyə hazırlaşırdın? Novruz bayramında yadından çıxıb fişəngi partlada bilməmişdin, narahat idin. Səhəri gün dedin, tez gedib partladaq. Yolda sənə dedim ki, yuxuda fişəngi partlatmaq istədim, amma orada da edə bilmədim. Güldün, dedin ki, mənsiz etmək istəyirdin? Bağışla Oqtay, fişəngi sənsiz partladacağam. Hazırlaş, bu dəfə nizamımımız belə olacaq. Mən yuxarı, sən isə aşağı baxacaqsan. Sonuncu dəfə gülümsə, Oqtay! Sənsiz çox darıxırıq".
Ekran işində Oqtay Əliyevin arxiv görüntüləri də yer alıb.
Qeyd edək ki, O.Əliyev martın 22-də avtomobil qəzasında dünyasını dəyişib. Qəza zamanı maşında Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də olub. D.Əliyeva xəsarət almayıb, M.Zəki isə müalicədən sonra evə buraxılıb.
00:16 / 30 Sentyabr 2026
74
00:02 / 30 Sentyabr 2026
71
23:55 / 29 Sentyabr 2026
1408
23:47 / 29 Sentyabr 2026
60
23:43 / 29 Sentyabr 2026
65
23:34 / 29 Sentyabr 2026
60
23:23 / 29 Sentyabr 2026
146
23:12 / 29 Sentyabr 2026
86
23:08 / 29 Sentyabr 2026
71
23:07 / 29 Sentyabr 2026
54
22:50 / 29 Sentyabr 2026
67
22:39 / 29 Sentyabr 2026
79
22:28 / 29 Sentyabr 2026
109
22:28 / 29 Sentyabr 2026
941
22:24 / 29 Sentyabr 2026
183
22:09 / 29 Sentyabr 2026
64
22:09 / 29 Sentyabr 2026
211
21:58 / 29 Sentyabr 2026
362
21:45 / 29 Sentyabr 2026
70
21:36 / 29 Sentyabr 2026
99
21:26 / 29 Sentyabr 2026
73
20:56 / 29 Sentyabr 2026
510
20:53 / 29 Sentyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.