Buna görə verilişlərə getmir
26 Sentyabr 2026, 21:50
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
432
17.06.2023, 18:16
"Dünyanı gəzmişəm, gənclik illərindən pul da qazanmışam. Heç kimin nəyindəsə gözüm olmayıb. Mənim heç kimlə qalmaqalım, işim olmayıb. Elə bilmişəm ki, onların da mənimlə işləri yoxdur. İllərdir belə düşünürdüm, amma yanılmışam. Son illər paxıllığı daha çox hiss edirəm. Sara Qədimova, Şövkət Ələkbərova, Flora Kərimova ilə qastrollara getmişəm, Zeynəb xanımla bir neçə konsertdə olmuşam. O sənətkarlardan ancaq xoş sözlər, xoş münasibət görmüşəm. Amma illərdir tanıdığım elə insan olub ki, mməni arxadan vurmaq istəyib. Bu sənət aləmində dostluq azdır, ancaq paxıllıqdır"
OXU24.COM xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Musəvi deyib. Müğənni Zeynəb Xanlarovanın ona olan sevgisindən də söz açıb.
"Rəhmətlik Eyvaz Həsənovla birlikdə Əlibayramlıda konsertdə idik. Konsertdən öncə gördüm ki, Zeynəb xanım onun üçün ayrılmış otaqda əyləşib. Qapısından keçəndə Zeynəb xanım məni çağırdı ki, "gəl bura". O vaxt da filmə yeni çəkilmişdim. Məni yanında olanlara göstərib dedi ki, "bilirsiniz bu qız kimdir? Ayradrom papaq qoyan oğlan varee, o filmdə çəkilən qızdır". Harada görürlərsə məni xoş qarşılayırlar. Hətta gözümə eynək taxsam belə tanıyırlar. Bu dəqiqə axı insanlar bir-birinə bənzəyir. Bəzən də olub ki, hansısa butikə getmişəm, eşidirəm ki, bir-birlərinə deyirlər ki, "yox odur", o biri də deyir ki, "yox oxşayır". Gəlib, yaxınlaşıblar ki, görsünlər həqiqətən özüməm yoxsa yox? Bəylər yaxınlaşıb, təzim edirlər, xoş sözlər deyirlər" deyə müğənni bildirib.
" "Baladadaşın ilk məhəbbəti" filmi yenidən çəkilsə, istərdinizmi rol alasınız?" sualına müğənni belə cavab verib.
"Niyə istəmərəm ki? İllər sonra maraqlı olar. Əlbəttə ki, çəkilsə belə o film başqadır. Yadımdadır, bu filmə çox xanımları dəvət etmişdilər, amma rejissor bəyənməmişdi. Kinoprobada Telman Adıgözəlovla mən çəkildim. Şamil isə bir başqa qızla çəkilmişdi. Operatordan xahiş etdim ki, öz çəkildiyimə baxım. O da etiraz etmədi. Baxan kimi özümdən biixtiyar dedim ki, "kaş mən çəkilərdim" (gülür). Özüm-özümə sanki vuruldum. Sonra elə oldu ki, xanımlardan mən, bəylərdən isə Şamil Süleymanlı çəkildi. İndiki filmlərə çəkilməyə həvəsim yoxdur. O vaxt çəkildiyimiz filmlər, 100 indiki filmlərə dəyər. Bunu tək mən demirəm, elə sənətkarlar da deyir. O filmlər tarixdə qalıb" deyə sənətkar bildirib.


00:16 / 30 Sentyabr 2026
88
00:02 / 30 Sentyabr 2026
83
23:55 / 29 Sentyabr 2026
1667
23:47 / 29 Sentyabr 2026
68
23:43 / 29 Sentyabr 2026
70
23:34 / 29 Sentyabr 2026
66
23:23 / 29 Sentyabr 2026
161
23:12 / 29 Sentyabr 2026
96
23:08 / 29 Sentyabr 2026
77
23:07 / 29 Sentyabr 2026
58
22:50 / 29 Sentyabr 2026
73
22:39 / 29 Sentyabr 2026
88
22:28 / 29 Sentyabr 2026
111
22:28 / 29 Sentyabr 2026
1073
22:24 / 29 Sentyabr 2026
224
22:09 / 29 Sentyabr 2026
67
22:09 / 29 Sentyabr 2026
259
21:58 / 29 Sentyabr 2026
426
21:45 / 29 Sentyabr 2026
73
21:36 / 29 Sentyabr 2026
104
21:26 / 29 Sentyabr 2026
75
20:56 / 29 Sentyabr 2026
560
20:53 / 29 Sentyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.