Aparıcı Elgiz Əkbər növbəti açıqlaması ilə gündəmə gəlib.
Milli.Az bizim media-ya istinadən xəbər verir ki, Elgiz aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində bildirib ki, illər əvvəl müğənni Xatirə İslamla oxuduğu mahnıya görə, özünə dəbdəbəli avtomobil alıb.
"İllər əvvəl musiqiçi və aranjimançı Yaşar Baxışla rastlaşdım. Çay süfrəsi zamanı ona müğənni olmaq istədiyimi söylədim.
Ona dedim ki, "Yaşar müəllim, toylara gedib, mahnı oxuyub, pul qazanmaq istəyirəm". Sual verdi ki, səsin var? Cavab verdim ki, nəbilim, səsimin olub-olmadığını bilmirəm. Dedi ki, mənim üçün hansısa bir mahnını ifa et. Ağzımı açıb, züm-zümə edəndə reklam bitdi, məni efirə çağırdılar. Söhbətimiz elə orada yarımçıq qaldı və Yaşar müəllim fikrini mənə çatdıra bilmədi.
Ətraflı
Reklamınızı SmartBee ilə effektiv edin.
Ondan sonra bununla bağlı heç kimə bir daha müraciət etmədim. Amma oxumaq istəyi ürəyimdə idi. Ömrümdə nə mahnı, nə də ki, züm-zümə etmişdim. İllər sonra İctimai televiziyanın bir layihəsi oldu. Həmin layihədə müğənni Xatirə İslamla bir mahnını duet şəklində oxudum.
Ondan sonra bu nəğmə necə populyar oldu. Açıq etiraf edim ki, bu mahnı ilə özümə "Volkswagen Touareg" markalı avtomobil aldım. Bir mahnı ilə... Birinci avtomobilim yaman gündə, sınıq-salxaq idi. Xatirəyə də bu mahnını çox uğur gətirdi. Onu bu mahnıya görə çox sayda toylara dəvət aldı. Bizim ikimizi bu mahnıya görə tez-tez toylara cağırırdılar. Zəng edib deyirdi ki, bizim ikimizi Moskvada toyda görmək istəyirlər.
Bileti tez al, gəl toya. Deyirdim ki, 15 dəqiqəyə efirim başlayır, verilişi qoyub toya necə gələ bilərəm.
Əgər mən o zamanlar Xatirəyə qoşulub Moskvaya toylara getsəydim, çox pul qazanardım. Bir mahnı və bir duet böyük səs-küy yaratdı. Amma Xatirə məndən sonra bu mahnını başqa bəy müğənnilərlə oxusa da, tutmadı. Xatirə gözəl müğənnidir. O, bu mahnını daha əvvəl məşhur etmişdi. Amma bizim bu duetimizi xalq çox sevdi", - deyə Elgiz vurğulayıb.
Oxu24.com
ŞƏRHLƏR