İrina Ağalarova biznes qurdu - Foto
30 Sentyabr 2026, 19:01
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
601
14.05.2023, 17:31
"Bu sənin sonuncu fotolarındandır. Hamıya qarşı gülərüz olsan da, tək qalanda qayğılar bütün cizgilərində ifadə olunurdu. Hər kəsi düşünürdün, hamıya yetmək istəyirdin, tələsirdin... Tələsdin, elə həmin gün də əbədi sükuta tələsdin".
OXU24.COM xəbər verir ki, bu sözləri martda avtomobil qəzasında həlak olan tanınmış prodüser Oqtay Əliyevin aparıcı qardaşı Elçin Əlibəyli sosial şəbəkədə yazıb. O, qardaşının son şəkillərindən birini izləyiciləri ilə bölüşərək tək qaldığını bildirib:
Ətraflı
"Ən həll olunmayan dərdi, səri nikbin ruhla silahlanıb, həll etməyi bacarırdın. İndi biz sənsizlik dərdini hamımız yığışsaq da həll edə bilmirik. Günlər keçdikcə tək qaldığımı daha çox duyuram. Səndən öyrəndiyim kimi özümü nikbin göstərməyə çalışıram, amma bağışla, alınmır.
Ən çox gün ərzində mənimlə telefonla danışdığın vaxt aralıqları: səhərlər 9-10:30, axşamlar 21-23-də sənsizlik havası hər yeri bürüyür. İndi bir qəfil xəbər, məlumat, maraqlı video qarşıma çıxanda vərdişə görə sənə göndərmək, paylaşmaq istəyirəm, amma yoxsan! Heç nəyi, hətta sənin yoxluğunu paylaşa bilmirəm. İlk günlər özümü sıxıb saxladım, sənin üçün üzülən, başsağlığı verən şəxslərin qarşısına çıxıb, ehtiramı bildirmək, ailəmizin ağrı çəkənlərini toxtatmaq üçün. İndi zaman keçdikcə dərd üstümə gəlir, indi sənin yoxluğunun gerçəyini dərk etməyə başlayıram. İsti-isti ağrını dərk edə bilmirdim, indi ağrı-acı gerçək kimidir, dəyişilmir! Həmişə görüşəndə mən səndən vaxt soruşurdum, indi də soruşuram, nə vaxt görüşürük? Həmişə sən məni gəlib evdən, işdən götürürdün, həmişə də gecikirdin. İndi də gecikirsən, özü də çox!"

23:02 / 30 Sentyabr 2026
1
22:17 / 30 Sentyabr 2026
241
22:16 / 30 Sentyabr 2026
60
21:40 / 30 Sentyabr 2026
80
21:12 / 30 Sentyabr 2026
492
21:10 / 30 Sentyabr 2026
61
20:44 / 30 Sentyabr 2026
62
20:38 / 30 Sentyabr 2026
162
20:33 / 30 Sentyabr 2026
64
20:10 / 30 Sentyabr 2026
104
20:10 / 30 Sentyabr 2026
81
19:50 / 30 Sentyabr 2026
76
19:35 / 30 Sentyabr 2026
345
19:26 / 30 Sentyabr 2026
194
19:26 / 30 Sentyabr 2026
82
19:23 / 30 Sentyabr 2026
69
19:21 / 30 Sentyabr 2026
80
19:15 / 30 Sentyabr 2026
73
19:12 / 30 Sentyabr 2026
88
19:01 / 30 Sentyabr 2026
90
18:53 / 30 Sentyabr 2026
124
18:45 / 30 Sentyabr 2026
105
18:29 / 30 Sentyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.