Qaynar xətt:

(+99450) 247 90 86

Puqaçova Yudaşkinin dəfn mərasiminə qatıldı

Puqaçova Yudaşkinin dəfn mərasiminə qatıldı

ŞOU-BİZNES

470

06.05.2023, 19:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Moskvada, Troekurovski qəbiristanlığında mayın 2-də vəfat edən modelyer Valentin Yudaşkinin dəfn mərasimi keçirilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bir çox mədəniyyət və şou-biznes xadimləri də daxil olmaqla, ən məşhur sovet və rus kutyurelərindən biri olan Yudaşkinlə vidalaşmağa yüzlərlə insan gəlib.

Dəfn zalında çəkiliş qadağan edilib. Dəfn mərasiminə gələnlər arasında ötən ilin sentyabrından Rusiyada olmayan müğənni Alla Puqaçova da var.

Dəfn mərasimində Kremlin mətbuat katibi Dmitri Peskov da iştirak edib.

Hadisə şahidləri Puqaçova ilə qısa söhbət etdiklərini bildirirlər.

Xatırladaq ki, Alla Puqaçova Ukraynadakı müharibəyə qarşı çıxış edib və dəfələrlə müharibə əleyhinə bəyanatlar verən əri Maksim Qalkin “xarici agentlər” reyestrinə salınıb. Peskov daha əvvəl bunu şərh edərkən Qalkinin “pis” ifadələr işlətdiyini, Puqaçova isə bunu etmədiyini bildirmişdi.

NİGAR