İrina Ağalarova biznes qurdu - Foto
30 Sentyabr 2026, 19:01
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1218
23.04.2023, 16:12
Aktrisa Ellada Sarvan qızı Nur Əhmədovanın haqsız yerə buraxılış imtahanından qovulduğunu iddia edib.
OXU24.COM axşam.az-a istinadən bildirir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edən sənətçi bunları yazıb:

"Uşağı ədalətli olduğuna görə buraxmadılar imtahana. Zərifə Əliyeva adına Liseyin 9-cu sinif şagirdi Əhmədova Nur: İmtahan binasına daxil olanda, yoxlandıqdan sonra keçib zala. Gödəkcəsini soyunanda cibində atasının (köhnə markalı Nokia, Nurun öz telefonu yoxdur) telefonu aşkar edib və dərhal çıxarıb nəzarətçiyə təhvil verib.Deyib ki, bilməmişəm cibimdə qalıb. Imtahana bir saat 10 dəqiqə vaxt qalmışdı, imtahan vaxtı üstündə tutulmayıb. Heç nəyə məhəl qoymadan, uşağa qarşı kobudluq ediblər ki, harasından çıxardıb bu telefonu, bilmirəm. Sənə görə zibilə düşməliyəm? Çıx, öz problemini çöldə həll elə. Nəzarətçi telefonu tullayıb stolun üstünə. Uşaq ağlayıb ki, axı mən özüm təhvil verdim, çıxartmayn məni. Deyiblər ki, kameralara düşüb telefon, xeyri yoxdur. Nuru binadan uzaqlaşdırıblar".
Aktrisa övladına qarşı ədalətsizlik edildiyini vurğulayıb:
"Başa düşürəm, səhv məndə olub yoxlaya bilərdim, amma bu iş məqsədyönlü olmayıb, Nurun telefona, "şparqalka"ya ehtiyacı da yoxdur. Həmin gün hava birdən dəyişdi, evdən çıxarkən dedim, isti gödəkcəni geyin. Telefon onun cibində imiş. Bilməyib... Yenə deyirəm, uşağı yoxlayıb içəri buraxdılar. Belə çıxır ki, yalan danışsaydı, heç kim o telefon haqında bilməyəcəkdi və uşaq rahat imtahanı verib çıxacaqdı? Budu ədalət? Bunları başa düşdük. Onlar qanuna görə öz işlərini görüb. Dövlət İmtahan Mərkəzinə müraciət etdim ki, uşaq təkrar imtahan versin. Dedilər olmaz! Bəs onlar necə araşdırır ki, olar, ya olmaz? Nəyə görə mənim uşağımın atestatında ləkə qalmalıdı ki, bu uşaq 3 əsas fəndən 0 bal alir?
90+ alan uşaq niyə bu stressi çəkməlidir? Mənəvi zərbə aldı, onun cavabını kim verməlidir? Bu statusu yazmaqda məqsədim odur ki, araşdırılsın, mənim övladım imtahana buraxılsın. Təəssüf ki, mənim heç bir sübutum yoxdur. Biz kameradakı görüntülərì istədik məktəbdən. Məlum oldu ki, heç kamera da yoxdur. Mənim sübutum mənim övladımdır".
08:56 / 01 Oktyabr 2026
62
08:54 / 01 Oktyabr 2026
34
08:47 / 01 Oktyabr 2026
38
08:46 / 01 Oktyabr 2026
40
08:03 / 01 Oktyabr 2026
57
23:02 / 30 Sentyabr 2026
105
22:17 / 30 Sentyabr 2026
5311
22:16 / 30 Sentyabr 2026
118
21:40 / 30 Sentyabr 2026
652
21:12 / 30 Sentyabr 2026
1316
21:10 / 30 Sentyabr 2026
78
20:44 / 30 Sentyabr 2026
84
20:38 / 30 Sentyabr 2026
504
20:33 / 30 Sentyabr 2026
85
20:10 / 30 Sentyabr 2026
183
20:10 / 30 Sentyabr 2026
100
19:50 / 30 Sentyabr 2026
94
19:35 / 30 Sentyabr 2026
926
19:26 / 30 Sentyabr 2026
273
19:26 / 30 Sentyabr 2026
98
19:23 / 30 Sentyabr 2026
84
19:21 / 30 Sentyabr 2026
102
19:15 / 30 Sentyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.