Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86745
az

"Vətənim 3 şəhid verdiyi ərəfədə bu haqda düşünə bilmərəm"

14:1012 Aprel, 2023
306
ŞOU-BİZNES
  • A

"Bu gün doğum günüm olsa da, etmədim. Vətənim 3 şəhid verdiyi ərəfədə nəinki doğum günü qeyd edə bilərəm, heç bu barədə düşünə də bilmərəm. Bir Allah bilir ki, Müdafiə Nazirliyinin yaydığı xəbərləri necə ürəkağrısı və həyəcanla oxuyurdum: Şəhidimiz var".

OXU24.COM  axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva instaqram hesabında yazıb. Bu gün ad günü olan sənətçi dostları ilə birlikdə planlaşdırdığı tədbiri təxirə salıb:

"Onlara Allahdan rəhmət, ailələrinə, doğmalarına səbr diləyirəm. Bu hisslər mənə yad olan bir hisslər deyil. Bu gün mən, mənim əzizlərim, doğmalarım rahat yaşayırıqsa, bu Vətən keşiyində duran mərd oğulların, igid əsgərlərimizin sayəsindədir. Düşmənlə üzbəüz duran hər bir hərbçimizin sağ-salamat evlərinə dönmələrini arzu edirəm. Bu gün həm də Qədr gecəsidir. Ailəliklə birlikdə əsgərlərimiz üçün dualar edirik. Allah hər birinin yardımçısı olsun. Doğum günümü təbrik edən hər kəsə isə minnətdarlığımı bildirirəm".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Mirəliyev yeni imicindan DANIŞDI:

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil