Qaynar xətt:

(+99450) 247 90 86

İşsizlikdən şikayətlənən "Moşu"ya VƏZİFƏ VERİLDİ

İşsizlikdən şikayətlənən \\\"Moşu\\\"ya VƏZİFƏ VERİLDİ

ŞOU-BİZNES

429

30.03.2023, 14:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xalq artisti Valeh Kərimov Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi işə başlayıb.

OXU24.COM  Lent.az-a istinadən bildirir ki, aktyor Mingəçevir teatrında həm aktyor, həm də quruluşçu rejissor kimi çalışacaq.

"Artıq ilk tamaşanı hazırlayıb təhvil vermişəm, premyeramız da baş tutub. Yenidən səhnədə olmaq mənə yeni enerji verib. Yolunuz düşsə, buyurun gəlin, Mingəçevirə, maraqlı tamaşalardan zövq alın", - o bildirib.

Qeyd edək ki, bir müddət öncə aktyorla telefon söhbətimiz zamanı o işsiz olduğunu və yaradıcılığında heç bir yenilik baş verməməsinə görə əsəbləşdiyini bildirmişdi.


Valeh Kərimov teatrda və kinoda çoxlu sayda maraqlı obrazlar yaratsa da, xalqın yadında "Bəxt üzüyü" filmindəki Moşu obrazı ilə daha çox qalıb, daha çox sevilib.