Məhkəmə azərbaycanlı məşhurun "aliment işi" ilə bağlı qərar verdi
01 Oktyabr 2026, 19:47
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
458
29.03.2023, 12:43
Xəbər verdiyimiz kimi, Əməkdar artist Nigar Şabanova ilə aparıcı Rövşanə Ağasəfqızı arasında veriliş zamanı mübahisə yaşanıb.
OXU24.COM axşam.az-a istinadən xəbər verir ki, Nigar daha sonra məsələ ilə bağlı videoaçıqlama yayıb. O, aparıcılara səslənərək, onların efir zamanı qonağa danışmağa imkan vermədiyini deyib:
"Əziz televiziya aparıcıları, xüsusi ilə jurnalistikanı bitirmiş teleaparıcılara səslənirəm: Sizə və özümə sonsuz hörmətim var. Bir az acı danışacağam. Verilişlərinizə dəfələrlə dəvət edirsiniz. Sonda isə vaxt tapıb gəlirik. Buna görə sizə sonsuz təşəkkürümü bildirirəm. Amma bizim də gəlişimizə hörmətlə yanaşın. Çünki başım bir neçə dəfə bəlanı çəkib. Sual verilib, yerimə cavab verilib və adımdan yazılıb. Əgər qonağa sual verirsinizsə, səbrli olun. Onsuz da danışmaq sizin üçündür. Gözləyin cavabını verək. Deyiləcək sözlərimiz çoxdur. Biz danışa bilirik. Necə siz yana-yana müğənnilərdən danışırsınız, müğənnilərin də media işçilərinə sözü var.
Sənəti ucuzlaşdırırsınız. Cılızları da yüksəldən media və telekanallardır. Sənətkarları da, insanları da həm ucaldan, həm də alçaldan mediadır. Gəlin, hər şeyi sənət adamlarının boynuna atmayın. Bu sözlərim yaxşı jurnalistlərdən uzaqdır. Onlar da çəkiliblər kənara. Buna görə də sənətdə cılızlıq baş alıb gedir.
Gəlin, bir-birimizi görəndə bastalayıb ondan yuxarı özümüzü qaldırmağa çalışmayaq. Bu, bizə yaraşmaz. İnsanları gözdən salan özümüzük. İstər media, istər sənət olsun. Yorulmadıq dava-dalaşdan? Sosial şəbəkədə sənətkarları gözümüz görmür. Amma yarıçılpaqları o qədər gözəl paylaşırsınız ki,...Sənətkarlarla işiniz olmasın. Niyə bir-birimizi pisləməkdən doymuruq? İnsana çox acı gəlir".
00:24 / 03 Oktyabr 2026
36
23:52 / 02 Oktyabr 2026
34
23:39 / 02 Oktyabr 2026
56
23:31 / 02 Oktyabr 2026
172
23:27 / 02 Oktyabr 2026
56
23:24 / 02 Oktyabr 2026
61
23:22 / 02 Oktyabr 2026
55
23:15 / 02 Oktyabr 2026
58
23:09 / 02 Oktyabr 2026
66
22:57 / 02 Oktyabr 2026
192
22:52 / 02 Oktyabr 2026
58
22:37 / 02 Oktyabr 2026
68
22:28 / 02 Oktyabr 2026
76
22:27 / 02 Oktyabr 2026
64
22:25 / 02 Oktyabr 2026
140
22:23 / 02 Oktyabr 2026
73
22:14 / 02 Oktyabr 2026
75
22:09 / 02 Oktyabr 2026
63
21:56 / 02 Oktyabr 2026
92
21:55 / 02 Oktyabr 2026
993
21:54 / 02 Oktyabr 2026
76
21:52 / 02 Oktyabr 2026
68
21:43 / 02 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.