Məhkəmə azərbaycanlı məşhurun "aliment işi" ilə bağlı qərar verdi
01 Oktyabr 2026, 19:47
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
461
07.03.2023, 14:27
Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) məhkəməsi olub. Meyxanaçı barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.
İstintaq müddətinin uzadılması isə cəmiyyətdə müxtəlif fikirlər yaradır. Bəziləri onun istintaq müddətinin bilərəkdən uzadıldığını iddia edir.
OXU24.COM xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bu cinayət işinin sadə olmadığını bildirib. O, bu aylar ərzində rəsmi prosedurlara uyğun ekspertizanın aparıldığını qeyd edib:
"Qətl işlərində çox sayda ekspertizalar keçirilir - məhkəmə tibbi, silahla bağlı, ruhi xəstəliyin olub-olmamasını təyin etmək üçün keçirilən ekspertizalar xeyli vaxt aparır. Mən güman edirəm ki, istintaq müddəti bu ekspertizalara görə uzanır. Həm də bu qətl məsələsidir, cinayətin hərtərəfli tədqiqatının apartılması vacibdir. Təkcə həmin gün baş verən cinayət araşdırılmır, məhkəmə həm də qətldən əvvəlki münasibətləri araşdırır, şahidləri dindirir. Bunlar hamısı aydınlaşdırılmalıdır. Qətlin tələm-tələsik, 2-3 aya istintaqını qurtarmaq mümkün deyil, praktikada heç vaxt belə olmayıb. Praktikada qətllə bağlı işlərin istintaqı ən aşağısı 7-8 ay davam edir. Görünür, Rəşad Dağlının işində də belə olacaq. Bu cür qətllərlə bağlı istintaq 7-8 aydan çox çəkmir, amma elə qətllər var ki, çoxepizodludur, onların istintaqı 1 il yarım, 2 ilə qədər uzanır. Qanun da buna imkan verir".
Hüquqşünasın sözlərinə görə, cəmiyyətdə istintaq müddətinin qəsdən uzadılması ilə bağlı yayılan iddialar tamamilə əsassızdır:
"Bu fikirlər əsassızdır. Qətli kimin törətməsindən asılı olmayaraq, şəxs həmin maddə ilə tövsif olunacaq. O, həmin maddədə də öz cəzasını alacaq. Tərəflər arasında hüquqi varislə barışıq olması, şikayətin olmaması müəyyən yüngülləşdirici hal kimi hesab oluna bilər, ancaq bu cəzanı çox azaltmır. Məsələn, cəza 12-13 deyil, 9-10 il ola bilər. Yüngülləşdirici hallar 1-2 il cəzanın azaldılmasına səbəb olur.
Rəşad Dağlı üçün daha yüngül cəza mümkün deyil, çünki qanun var, məcəllə var. Mənim fikrimcə, ona ən aşağı 10 il həbs cəzası veriləcək".
Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev Rəşad Dağlı tərəfindən çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
20:06 / 04 Oktyabr 2026
20
19:55 / 04 Oktyabr 2026
39
19:44 / 04 Oktyabr 2026
77
19:23 / 04 Oktyabr 2026
50
19:16 / 04 Oktyabr 2026
82
19:09 / 04 Oktyabr 2026
72
18:44 / 04 Oktyabr 2026
70
18:34 / 04 Oktyabr 2026
57
17:50 / 04 Oktyabr 2026
80
17:45 / 04 Oktyabr 2026
75
17:35 / 04 Oktyabr 2026
82
17:30 / 04 Oktyabr 2026
533
17:23 / 04 Oktyabr 2026
367
17:20 / 04 Oktyabr 2026
55
16:58 / 04 Oktyabr 2026
2565
16:56 / 04 Oktyabr 2026
326
16:55 / 04 Oktyabr 2026
229
16:53 / 04 Oktyabr 2026
254
16:51 / 04 Oktyabr 2026
93
16:49 / 04 Oktyabr 2026
81
14:30 / 04 Oktyabr 2026
110
14:04 / 04 Oktyabr 2026
148
14:00 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.