Məhkəmə azərbaycanlı məşhurun "aliment işi" ilə bağlı qərar verdi
01 Oktyabr 2026, 19:47
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
444
06.03.2023, 00:01
Mərhum Xalq artisti Ramiz Novruzun qızı, stilist Şəfəq Novruz sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib.
OXU24.COM axşam.az-a istinadən bildirir ki, instaqramda canlı yayıma girən Şəfəq öz və qardaşı, aktyor Cavidan Novruzun hər gün tənqid edildiyini bildirib. Göz yaşlarını saxlaya bilməyən Ş.Novruz bunları deyib:
"Çox həssas adamam, bəzi müğənnilər və onların balası kimi sırtıq deyiləm. Abrım, həyam yerində olub. Şərhlər üzündən özümü nə qədər yaxşı etməyə çalışsam da, məni yıxırlar. Həmin an qılınclamağa başlayırsınız. Atamı məndən çox sevməyəcəksiniz. Atamı gözüm görə-görə qəbrə qoyurdular. Məsciddə onun üzünü açdım, necə şokda idimsə, gözümdən yaş çıxmırdı. Kimin nə arzusu var idisə, yerinə yetdi. Heç bir iş, sərvət məni yıxa bilməzdi. Məni atamın getməyi yıxdı. Bir sıfır uduzdum. Cavidanı verilişə çağırdılar ki, atası haqda danışsın. Toy-bayram deyildi. Harada görürsünüz, nələr yazırsınız. Atam xəstə olanda, yanında mən, Cavidan və o biri qardaşım olur. Bundan sonra Cavidana anayam, o isə mənim atamdır. Yazdıqlarınızı götürə bilmirəm.
İşimi məcbur edirəm. Qızım Ayan da, mən də o qədər bədbəxt adamıq ki, bir küncə çəkilib acımızı yaşaya bilmirik. Allah bizi elə bədbəxt yaradıb ki... Məcburuq işləməyə, gəlinlər yazmışıq, bəzəməsək, işimiz qalr. Kirayəmizin qiyməti 10 min manatdan çoxdur. İşləməsək, heç kim o pulu verməyəcək. Kaş ki, maaşa işləyərdim, 1 ay icazə alıb dərdimi çəkərdim.
O qədər bədbəxt qadınlarıq ki, atamız ölüb, bilmirik ağlayaq, bilmirik haqqımızda yazılanların dərdini çəkək. Yazırlar ki, ördəkdodaq, Allahın karandaşını qaşına çəkmir. Atamı gözümün qabağında qəbrə qoyurlar, şok vəziyyətdəyəm, gözümdən yaş gəlmir. Yazırlar ki, ağla da, atan ölüb. Mən bir ömürboyu ağlayacağam. Bir daha makiyajlı, bəzənmiş, saçları sarı Şəfəqi yəqin ki, bir il sonra görərsiniz".
Qeyd edək ki, Ramiz Novruz uzun sürən xərçəng xəstəliyindən sonra 67 yaşında dünyasını dəyişib.
22:15 / 04 Oktyabr 2026
1
22:02 / 04 Oktyabr 2026
31
21:54 / 04 Oktyabr 2026
118
21:07 / 04 Oktyabr 2026
103
20:53 / 04 Oktyabr 2026
74
20:43 / 04 Oktyabr 2026
64
20:21 / 04 Oktyabr 2026
64
20:06 / 04 Oktyabr 2026
114
19:55 / 04 Oktyabr 2026
76
19:44 / 04 Oktyabr 2026
228
19:23 / 04 Oktyabr 2026
71
19:16 / 04 Oktyabr 2026
126
19:09 / 04 Oktyabr 2026
120
18:44 / 04 Oktyabr 2026
106
18:34 / 04 Oktyabr 2026
78
17:50 / 04 Oktyabr 2026
106
17:45 / 04 Oktyabr 2026
99
17:35 / 04 Oktyabr 2026
105
17:30 / 04 Oktyabr 2026
652
17:23 / 04 Oktyabr 2026
602
17:20 / 04 Oktyabr 2026
70
16:58 / 04 Oktyabr 2026
3536
16:56 / 04 Oktyabr 2026
518
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.