Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83771
az

“Bunu uyduranların başı işləyir?”

17:5403 Mart, 2023
167
ŞOU-BİZNES
  • A


Rus estradasının primadonnası Alla Puqaçovanın İsrailin Kesariya şəhərindəki evinin qarət olunması haqda Rusiya mətbuatında xəbərlər yayılıb. İddiaya görə, oğrular təhlükəsizlik kameralarını qırıb, evdən dəyərli əşyalar və 38 milyon rubl (858 min manata yaxın-red.) məbləğində pul aparıblar.  

A. Puqaçova “Moskovski komsomolets” nəşrinə açıqlamasında evinin qarət olunması haqda xəbərləri təkzib edib:

“Oxuyanda ki, Kesariyada dəbdəbəli evini, sarayını qarət ediblər, düşünürsən ki, bunu uyduranların başı işləyir?”

Primadonna qeyd edib ki, Kesariyada yaşamır: “Bizi heç kim vətəndaşlıqdan məhrum etmir. Ola bilsin, onlar sadəcə istəyirlər ki, mənə və Maksa (A. Puqaçovanın həyat yoldaşı, şoumen Maksim Qalkin -red.) yazıqları gəlsin, ona görə də çalışırlar. Üstəlik buna görə pul da alırlar. Kimsə vəziyyətimin pis olmasına sevinirsə, qoy sevinsin”.

Xatırladaq ki, daha əvvəl A. Puqaçova övladları ilə birlikdə İsrailə köçdüyünü təsdiqləmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zeynəb Xanlarova Şuşada - FOTO
Manafın ad günündə Vasif əlbəyaxa dava edib? - VİDEO
Talıb Tale evlənir - FOTOlar

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı