Pünhan Piriyev toyuna gəlməyən daha bir Xalq artistinin adını açıqladı
06 Oktyabr 2026, 17:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
488
08.02.2023, 14:28
"Adanadayam, burada da zəlzələ güclü keçib. Çox güclü zəlzələyə oynamışıq. Şansımız onda gətirib ki, evimiz zəlzələyə davamlıdır. Ev çox güclü şəkildə silkələndi, amma ziyan dəymədi. Daha sonra bizə xəbər verdilər ki, evdə qalmaq olmaz. Bizə bir mərtəbəli evlərdə qalmağı tövsiyyə etdilər. Çadırlar qurulub, insanlara isti çay, yemək verirlər. Böyük mağazalar, restoranlar açıq deyil, amma balaca mağazalar açıqdır".
OXU24.COM xəbər verir ki, bu sözləri xalq artisti Cahangir Novruzov moderator.az-a açıqlamasında deyib. Sənətkar bildirib ki, binaların möhkəm özüllü tikilməməsi onların daha tez uçmasına səbəb olub.
"Binalar möhkəm özüllü, zəlzələyə davamlı tikilməlidir. Zəlzələdən dünyasını dəyişən insanlardan biri də biz ola bilərdik. Maraqlısı da burasındadır ki, 2-3 ilin binaları çökür. Demək ki, vicdansız işbazlar binaları yaxşı tikməyiblər. İnsanları zəlzələ yox, yaxşı tikilməyən binalar öldürür. Əgər möhkəm tikilsəydi, bu qədər dağıntılar olmazdı", - deyə sənətkar bildirib.
Xalq artisti bildirib ki, hələ evinə qayıtmağa icazə verilmir.
"Biz də bir dostumuzun həyət evinə müvəqqəti yerləşmişik. Mən gecəni maşında yatmışam. Həyat yoldaşım, nəvələrim də dostumuzun evində qalırlar. Nəvələr qorxur, onlara ürək-dirək veririk. İnanırıq ki, bu bəla, qara buludlar tezliklə Türkiyənin üstündən keçib gedəcək", - deyə xalq artisti bildirib.
00:32 / 07 Oktyabr 2026
127
00:10 / 07 Oktyabr 2026
46
23:58 / 06 Oktyabr 2026
49
23:41 / 06 Oktyabr 2026
78
23:27 / 06 Oktyabr 2026
115
23:10 / 06 Oktyabr 2026
74
22:57 / 06 Oktyabr 2026
78
22:50 / 06 Oktyabr 2026
81
22:38 / 06 Oktyabr 2026
94
22:35 / 06 Oktyabr 2026
110
22:30 / 06 Oktyabr 2026
211
22:28 / 06 Oktyabr 2026
83
22:25 / 06 Oktyabr 2026
93
22:22 / 06 Oktyabr 2026
3293
22:17 / 06 Oktyabr 2026
1169
22:12 / 06 Oktyabr 2026
65
22:10 / 06 Oktyabr 2026
351
22:10 / 06 Oktyabr 2026
70
21:42 / 06 Oktyabr 2026
73
21:28 / 06 Oktyabr 2026
392
21:26 / 06 Oktyabr 2026
170
21:14 / 06 Oktyabr 2026
80
21:07 / 06 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.