Pünhan Piriyev toyuna gəlməyən daha bir Xalq artistinin adını açıqladı
06 Oktyabr 2026, 17:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
488
30.01.2023, 12:43
"Həyatda başımıza gələn hadisələr insanları tanımaq üçündür. Allah belə edir ki, qarşımızdakı dostlarımızı tanıyaq. Həqiqi və yalançı dostları tanıyırıq. Həyat özü sınaqlardan ibarətdir. Heç kim özünə arxayın olmasın ki, heç nə baş verə bilməz! Xeyr, ölüm gözlə-qaş arasındadır. Hər şeyin başlanğıcı olduğu kimi sonu da var. Əsas odur ki, o biri dünyaya günahsız gedək. Bu gün nə qədər insanın günahını alanlar var ki, heç kimdən qorxmur, çəkinmir. Günah etdikdə də edirlər".
OXU24.COM xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib. Əməkdar artist sənətlə ciddi məşğul olmayan həmkarlarından da danışıb.
"İnsanların musiqi zövqü dəyişib. Çox az, nadir adamlar var ki, retro musiqiləri sevirlər. Bütün bunlara səbəb efirlər və yutub kanallarıdır. Efirlərdə mütləq bədii şuralar olmalıdır və kimlərin dəvət olunması müzakirə olunmalıdır. Bunu təkcə efirlərin, televiziyaların üstünə atmaq da düzgün deyil. Sosial şəbəkələr də çoxluq təşkil edir, buna görə də alaq otları kimi həmin müğənnilərin sayı da çoxalıb" deyə müğənni bildirib.
Müğənni 20-30 çörəyi birdən almasına da aydınlıq gətirib.
"Çörəyi çox alıram. Təxminən 25-30 ədəd. Adi çörək deyil, bildiyimiz zavod çörəyindən də deyil. Həmin mağaza da çox uzaqdır, ona görə alıb buzdolabına qoyuram. Gündə iki-3 çörək yeyirəm. Mənim qədər çörək yeyən görsəniz qorxarsınız" deyə müğənni bildirib.
Ruhəngiz Allahverdiyeva geyimlərindən və əl işlərindən də danışıb.
"Adi həyatda hamı kimi sadə geyimlərdən istifadə edirəm. Səhnədə, efirdə hər zaman dəbdəbəli paltarlar geyinirəm. O geyimləri mən efir üçün hazırlamışam. Onları efirdə geyinməyim, bəs harada geyinim?! Balaca aksesuarları sevmirəm. Geyimlərim ağır olsa da onları əynimdə daşıyıram. Hələ uşaq yaşlarımda televizora baxıb deyirdim ki, niyə bizdə faytonlar yoxdur?! Niyə tarixi, uzun geyimlər geyinmirik?! Heç ağlıma da gəlməzdi ki, illər keçəcək, müğənni olacam və bu cür geyimlər geyinəcəm. Səhnəyə gəldiyim gündən bir obraz yaratdım və o cür də qaldım. Modelyerliyə həvəsim var, hər cür istəsəm geyinərəm, yaraşar da. Amma bu obrazdan çıxa bilmirəm. Güzgülər də hazırlayıram. Bir çox müğənnilərə hədiyyə etmişəm, amma Aygün Kazımova pulunu verib alıb" deyə o bildirib.

00:32 / 09 Oktyabr 2026
37
00:11 / 09 Oktyabr 2026
67
00:04 / 09 Oktyabr 2026
469
00:01 / 09 Oktyabr 2026
78
23:50 / 08 Oktyabr 2026
71
23:27 / 08 Oktyabr 2026
86
23:13 / 08 Oktyabr 2026
107
23:10 / 08 Oktyabr 2026
76
23:03 / 08 Oktyabr 2026
130
23:01 / 08 Oktyabr 2026
181
22:50 / 08 Oktyabr 2026
200
22:41 / 08 Oktyabr 2026
90
22:19 / 08 Oktyabr 2026
82
22:06 / 08 Oktyabr 2026
130
21:58 / 08 Oktyabr 2026
101
21:53 / 08 Oktyabr 2026
92
21:36 / 08 Oktyabr 2026
98
21:29 / 08 Oktyabr 2026
93
21:28 / 08 Oktyabr 2026
1257
21:19 / 08 Oktyabr 2026
132
20:55 / 08 Oktyabr 2026
78
20:42 / 08 Oktyabr 2026
97
20:27 / 08 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.