Qaynar xətt:

(+99450) 247 90 86

Əməkdar artist Tünzalə Əliyeva VƏFAT ETDİ

Əməkdar artist Tünzalə Əliyeva VƏFAT ETDİ

ŞOU-BİZNES

589

22.01.2023, 13:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasının Əməkdar artisti, Tünzalə Əliyeva vəfat edib.

OXU24.COM  xəbər verir ki, bu barədə teatrşünas Anar Bercəliyev bildirib.

Hər kəsin "Toppuş bacı" kimi tanıdığı T.Əliyeva uzun sürən ağır xəstəlikdən sonra 49 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Tünzalə Əliyeva 1973-cü ilin 15 fevralında Gəncə şəhərində anadan olub.

1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsinə qəbul olub. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışıb. Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra isə Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib.
Ətraflı
Ad - 00:10

Aktrisa bir müddət Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında da fəaliyyət göstərib.

Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında işlədiyi müddətdə "İzinlə", "Vətənim" və "Gülüş qatarı" verilişlərinin aparıcısı olub.

Aktrisa daha çox verilişlərin birində canlandırdığı "Toppuş bacı" obrazı ilə tanınıb.

Tünzalə Əliyeva uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!