Qaynar xətt:

(+99450) 247 90 86

Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi

ŞOU-BİZNES

512

30.12.2022, 17:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Xalq artisti tarzən Ağasəlim Abdullayev xəstəxanaya yerləşdirilib.
 
OXU24.COM xəbər verir ki, Yeni Klinikadan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Xalq artisti qarın bölgəsində ağrı şikayəti ilə təcili tibbi yardım şöbəsinə müraciət edib.
 
"Xəstəyə anamnestik, laborator və instrumental müayinələrin nəticəsinə əsasən kəskin pankreatit diaqnozu qoyulub və stasionar müalicə üçün terapiya şöbəsinə yatırılıb. Xəstə şöbəyə qalxdıqdan sonra müalicəsinə dərhal başlanılıb".
 
Həmçinin qeyd olunub ki, Ağasəlim Abdullayevin bu gün səhərki vəziyyəti kafi olaraq qiymətləndirilib və müalicəsi davam etdirilir.