Pünhan Piriyev nazirə MÜRACİƏT ETDİ: Ölümlə hədələnir
10 Oktyabr 2026, 21:02
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
480
28.12.2022, 17:34
"Xalq artisti Səfurə İbrahimova mənim qohumum olub. Doğma bibiqızı, dayıqızı olmuşuq. Hər ikimizin doğum günü dekabr ayındadır. Kubinkada yaşayırdıq. Ad günlərimizdə bir yerdə olurduq. Ya onlar bizdə, ya biz onlarda. Qohumların hamısının içində yeganə adam idim ki, mənimlə daha yaxın idi. Qapalı adam idi, hamını yaxına buraxmırdı. İnsanlardan, qohum-əqrabadan qaçırdı. Mən onun evində qalmışam. Yoldaşımla yeni ailə həyatı quranda evimiz yox idi. Məni aparıb evində saxlayırdı. Deyirdi ki, narahat olma. İt olsun, küçük olsun, amma həyat yoldaşın olsun, ərsiz qadına it də hürər".
OXU24.COM xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı deyib. O daha sonra əlavə edib.
"Səfurə xanım tıxsız balıq idi. Heç kimdə işi yox idi, heç kimə pislik etməyən, daş atmayan qadın idi. Onun kimi sənətkarların yeri hər zaman boş qalır, dolmur. Həyat yoldaşı Rəcəbin çıxıb xarici ölkəyə getməsi onu həyatdan küsdürdü. Çünki o Rəcəbi çox istəyirdi, sevirdi. Rəcəb də ondan ötrü ölürdü. Buna baxmayaraq Səfurə xanım sənətini canından çox sevdiyi həyat yoldaşından da çox sevirdi. Sənətinə görə ailəsini qurban verdi. Rəcəb işləmək üçün Ukraynaya gedəndə Səfurə xanımı da özü ilə aparmaq istəyirmiş. Amma o deyib ki, mən sənətimi ata bilmərəm. Sənətini qurban verdiyi sənət yoldaşlarının haqsızlığı, ona qarşı olan paxıllıqları onu sənətdən də küsdürdü" deyə müğənni bildirib.
Samirə Yusifqızı sənətindən də danışıb.
"Rusiyadan 1 həftəlik vətənə qayıtmışam. Sabah yenidən Rusiyaya qayıdıram. Ora öyrəşmişəm artıq. Oğlum da oradadır, işləyir. Həmişəlik qalmaq planım da var. Sadəcə bir məsələ var, həllini tapsa qalacam" deyə müğənni bildirib.
20:36 / 11 Oktyabr 2026
1
20:26 / 11 Oktyabr 2026
44
20:15 / 11 Oktyabr 2026
114
20:09 / 11 Oktyabr 2026
202
20:03 / 11 Oktyabr 2026
55
19:47 / 11 Oktyabr 2026
162
19:29 / 11 Oktyabr 2026
188
19:23 / 11 Oktyabr 2026
182
19:12 / 11 Oktyabr 2026
140
19:12 / 11 Oktyabr 2026
94
19:05 / 11 Oktyabr 2026
159
18:52 / 11 Oktyabr 2026
5189
18:46 / 11 Oktyabr 2026
100
18:37 / 11 Oktyabr 2026
72
18:13 / 11 Oktyabr 2026
156
18:08 / 11 Oktyabr 2026
85
17:57 / 11 Oktyabr 2026
85
17:52 / 11 Oktyabr 2026
121
17:40 / 11 Oktyabr 2026
80
17:28 / 11 Oktyabr 2026
82
17:24 / 11 Oktyabr 2026
123
17:10 / 11 Oktyabr 2026
107
16:55 / 11 Oktyabr 2026
210
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.