Murad Boz Bakıya gəldi: Kimin toyunda iştirak edəcək?
11 Oktyabr 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
520
19.12.2022, 18:37
"Rəfiqəlikdən başqa Aysunla bacı kimiyəm. Narahat insanam, amma Aysun heç zaman heç nəyi büruzə vermir, bildirmir. Aysunun adi cüzi bir şeyinə görə, dünyanı dağıdaram, yıxaram".
OXU24.COM bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova qızı Aysun ilə qonaq olduğu "Günün sədası" verilişində deyib.
Sənətçi bildirib ki, yaxın dostu Eşqin Cəlilovun qızı Aysunla ailə qurmasına razı olmayıb. İsmayılova bu izdivacın Aysunun təkidi ilə baş verdiyini açıqlayıb:
"Aysunun Eşqinlə ailə qurmasına razı olmamışam. Bunu Aysun özü istəyib. Eşqini o qədər özümə yaxın bilmişəm ki, heç zaman ağlıma gətirməzdim ki, nə zamansa gəlib kürəkənim olacaq. Eşqinlə aramda çox yaxın dostluğumuz olub. Həyatda səhvsiz insan olmur. Hər zaman Eşqinə deyirəm ki, Aysunu sənə etibar etmişəm. Sən yaşca Aysundan böyüksən. Cavan ailəsiniz. Hansı cütlüyün arasında evləndikdən sonra hər şey düz gedir? Həyat yoldaşı Fazil bəyin 50-dən çox yaşı var. Bizim də bir də görürsən ki, aramızda söz-söhbətlər yaşanır. Eşqinin çox gözəl valideynləri var. Onlara çox böyük hörmətim var. Bu həyatda mənim üçün var-dövlət, pul ən axırıncı şeylərdir".
Qeyd edək ki, bir müddət əvvəl Aysun İsmayılova ilə Eşqin Cəlilovun münasibətlərinin korlandığı və ayrılması iddia olunub.
Bir neçə həftə əvvəl isə müğənni "Məhkəməyə qədər gedib çıxmışdıq, amma dayandıq. Çünki hərə bir söz danışır. Hər gənc ailədə ilk aylarda belə problemlər olurmuş. Elə bilirdim ki, tək məndədir. Baxdım ki, hamıda belədir. Biz də o mərhələdən bir yerdə keçdik, ayrı-ayrı yox. Bir müddət bir-birimizə vaxt verdik, bir-iki ay ayrı qaldıq. Mən heç vaxt danışmadım, indi də barışıq gedir deyə, açıqladım" fikirləri ilə uzun sürən sükutu pozub.
16:17 / 12 Oktyabr 2026
61
16:13 / 12 Oktyabr 2026
259
16:08 / 12 Oktyabr 2026
110
16:03 / 12 Oktyabr 2026
96
15:54 / 12 Oktyabr 2026
134
15:46 / 12 Oktyabr 2026
108
15:36 / 12 Oktyabr 2026
520
15:30 / 12 Oktyabr 2026
141
15:22 / 12 Oktyabr 2026
1358
15:21 / 12 Oktyabr 2026
101
15:15 / 12 Oktyabr 2026
238
15:07 / 12 Oktyabr 2026
200
15:06 / 12 Oktyabr 2026
650
14:58 / 12 Oktyabr 2026
556
14:56 / 12 Oktyabr 2026
118
14:52 / 12 Oktyabr 2026
4295
14:40 / 12 Oktyabr 2026
246
14:34 / 12 Oktyabr 2026
66
14:27 / 12 Oktyabr 2026
223
14:25 / 12 Oktyabr 2026
148
14:17 / 12 Oktyabr 2026
1377
14:11 / 12 Oktyabr 2026
97
14:04 / 12 Oktyabr 2026
1349
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.