Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77905
az

“Anar, qulaqlarını aç, yaxşı eşit” - VİDEO

18:1002 Dekabr, 2022
124
ŞOU-BİZNES
  • A

Vəkil Şəfiqə Nağıyeva canlı efirdə üzünə su atan jurnalist Anar Vəziroğlunu məhkəməyə verməyəcəyini açıqlayıb.

OXU24.COM  olay-a istinadən xəbər verir ki, bu barədə o, "Ümid ilə gəl" verilişində qonaq olarkən danışıb. Nağıyeva deyib ki, güclü kişilərlə mübarizə aparmaq istəyir:

"Anar həmişə müsahibə verəndə deyir ki, Şəfiqə bir verilişdən çıxıb, digərinə gedir. Deyir, ərdə qalmayan arvadlar kimi. Çünki, o insan ağzından çıxanı bilmir. Mən bu gün deyirəm, Anar, qulaqlarını aç, yaxşı eşit. Hansı veriliş yaxşıdırsa, ora gedirəm. Məni çıxarmırlar, mən özüm çıxıram. Bu gün mən qalibəm. O, mənə qarşı təhqir sayılacaq bir addım atdı. Amma bunu təhqir kimi başa düşmürəm, o, aciz bir adamdır.

Demək istəyirəm, xalqın mənafeyini özümünkündən üstün tuturam. Mən üç uşağın babada qalıb, yaxşı yaşaması üçün əlimdən gələni etdim. Mən qalib çıxdım. İnsan məğlub olanda da kişi kimi başını aşağı salıb məğlub olmalıdır. Mən orada iki adamı məhkəməyə verəcəm, biri Ceyhunə, digəri vəkil. İstədim Anarı da məhkəməyə verim, onsuz da Allah onu məhkəməyə verib də. İkincisi də onun kimi zəif insanlarla mübarizə aparmaq istəmirəm. Ancaq güclü kişilərlə mübarizə aparmaq istəyirəm".

Qeyd edək ki,  "Təsir dairəsi"nin dünənki buraxılışında qalmaqal yaşanıb. A. Vəziroğlu Nağıyevanın üstünə stəkandakı suyu tutub.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Mirəliyev yeni imicindan DANIŞDI:

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil