Bilal Əliyev: "10 dəfə Həcc ziyarətinə getmişəm, amma məktəblilər eyni geyim formasında olmalıdırlar"
14 Oktyabr 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
6473
22.11.2022, 10:35
Xalq artisti Könül Xasıyeva teleaparıcı Zaur Kamalı polisə verib.
Oxu24.com xəbər verir ki, Bakupost.az –ın məlumatına görə, buna səbəb Z.Kamalın ARB-də yayımlanan “Həmin Zaur” ("Səni deyirlər" rubrikası) verilişində işlətdiyi ifadələr olub.
Aparıcı efirdə bildirib ki, K.Xasıyeva vaxtilə Bakıda tək qalmamaq üçün anasını öz yanına, evinə gətirib. Bu isə valideynlərinin ayrılmasına səbəb olub.
Efirdən bir ildən çox vaxt keçəndən sonra K.Xasıyeva həmin ifadələri əsas götürərək Z.Kamalı polisə şikayət edib.
Bakı şəhər Baş Polis İdarəsinə etdiyi şikayət əsasında araşdırma başlayıb və Z.Kamal İdarəyə dəvət olunaraq dindirilib.
Aparıcı vurğulayıb ki, həmin fikirləri Bakupost.az –da yayımlanan müsahibəsi əsasında deyib.
Həmçinin, müsahibənin müəllifi jurnalist Günel Musa da baş verənlərdən sonra bu gün Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub.
Qeyd edək ki, müsahibədə K. Xasıyeva “Bu gün valideynlərinizin hər ikisi dünyasını dəyişib. İndi onlardan ən çox hansı üçün darıxırsınız?” sualını belə cavablandırıb:
- Həmişə anamı atamdan qoruduğum üçün mənə elə gəlirdi, anamı atamdan çox istəyirəm. Ancaq atam dünyasını dəyişəndən sonra başa düşdüm ki, mən ən çox atam üçün darıxıram. Yadıma gəlir, Bakıda ev-eşik edəndən sonra anamı atamın əlindən alıb yanıma gətirdim. Atamdan ayırdım onu. Gedəndə atama dedim ki, necə ki, evlənməmişdən qabaq anamın arxasınca sürünüb gəlib-getmisən, əgər anamı gəlib o məhəbbətlə aparacaqsansa, verəcəm onu sənə. Yox elə olmayacaqsa, anamı sənə verməyəcəm. Get evlən. O ev də daxil hər şey sənin olsun".

17:09 / 15 Oktyabr 2026
7
16:51 / 15 Oktyabr 2026
59
16:47 / 15 Oktyabr 2026
48
16:41 / 15 Oktyabr 2026
62
16:40 / 15 Oktyabr 2026
89
16:30 / 15 Oktyabr 2026
55
16:22 / 15 Oktyabr 2026
58
16:19 / 15 Oktyabr 2026
484
16:16 / 15 Oktyabr 2026
75
16:09 / 15 Oktyabr 2026
57
15:45 / 15 Oktyabr 2026
68
15:35 / 15 Oktyabr 2026
70
15:33 / 15 Oktyabr 2026
80
15:24 / 15 Oktyabr 2026
93
15:19 / 15 Oktyabr 2026
198
15:01 / 15 Oktyabr 2026
262
14:57 / 15 Oktyabr 2026
391
14:56 / 15 Oktyabr 2026
71
14:53 / 15 Oktyabr 2026
96
14:49 / 15 Oktyabr 2026
80
14:46 / 15 Oktyabr 2026
62
14:36 / 15 Oktyabr 2026
196
14:29 / 15 Oktyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.