Beyin qanaması keçirərkən oxuduğu mahnı ilə gündəmdə – 27 illik qadağanı pozdu
17 Oktyabr 2026, 20:39
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
536
29.10.2022, 01:48
"Sənətdən sui-istifadə etmək olmaz. Sənəti olan qalmaqala da qaçmaz. Bu da bir müqəddəs sənətdir. Biz bu peşə ilə kimliyimizi ortaya çıxarırıq, tanınırıq, çörək qazanırıq. Ona görə bir az ehtiyyatlı davranmaq, sənəti qorumaq lazımdır. İndi artıq qalmaqal insanlara o qədər də maraqlı deyil. İnsanlar hamını görüb, hər kəsi tanıyırlar ki, filankəs necədir? Ola bilər ki, kimlərsə qalmaqal edib gündəmə gəlir, amma bu tamaşaçılara maraqlı deyil"
OXU24.COM xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aşıq Telli Borçalı deyib. O daha sonra əlavə edib.
"Mən ya göründüyüm kimi olmalıyam, ya da olduğum kimi görünməliyəm. Tamaşaçılar məni belə tanıyıb, başqa bir obraza girəndə deyirlər ki, "sən elə özün idin də, niyə belə etdin?". Səhnədə obraz oynaya bilərəm, amma xarakterimi içəridən dəyişdirə bilmərəm" deyə aşıq deyib.
Telli Borçalı inanclardan da danışıb.
"İnanclara bir o qədər də inanmıram. Bir Allaha inanıram, çünki alnıma yazını o yazıb. Demək ki, mən o günü yaşamalıyam, bu mənim həyatımda olmalıdır. Nə vaxt dünyadan köçəcəyimizi yalnız o bilir" deyə o bildirib.
Aşıq geyim seçimlərindən də danışıb.
"Bəzən mağazada gördüyüm geyim mənə balaca olur. Amma onu bəyənmişəm axı. Deyirəm ki, bu paltarı bir az genişləndirmək olar?! Paltar alanda, geyim seçəndə bəzən açıq-saçıq olur. Satıcı deyir ki, Telli xanım, belə geyinə bilərsiz. Deyirəm ki, mən aşığam, açıq-saçıq geyinə bilmərəm, heç mənə yaraşmaz da. Hərənin öz zövqü, seçimi var. Müğənnilər var ki, geyinir, onlara yaraşır da. Mənə açıq-saçıq geyimlər yaraşmır" deyə aşıq bildirib.
Telli Borçalı bildirib ki, əsl aşıq bir neçə dastan bilməlidir.
"Aşıq sinəsində saz gəzdirirsə mütləq söz deməlidir. Əsl aşıq saz çalıb, dastan deməli, bir sözlə baqajı olmalıdır. İndiki zəmanədə gənclərimiz bir o qədər də dastanlar bilmir. Amma öyrənmək lazımdır, öyrənirlər də. Bəzən ola bilər ki, hansısa toya gedəsən, səndən elə mahnı istəyərlər ki, onu ifa edə bilməyəsən. Ona görə də mütləq ustad yanına gedib, bir çox şeyləri ondan öyrənmək lazımdır" deyə o bildirib.
00:00 / 18 Oktyabr 2026
88
23:59 / 17 Oktyabr 2026
63
23:34 / 17 Oktyabr 2026
66
23:19 / 17 Oktyabr 2026
78
22:59 / 17 Oktyabr 2026
79
22:49 / 17 Oktyabr 2026
96
22:21 / 17 Oktyabr 2026
140
22:12 / 17 Oktyabr 2026
113
22:10 / 17 Oktyabr 2026
93
22:05 / 17 Oktyabr 2026
100
21:57 / 17 Oktyabr 2026
141
21:40 / 17 Oktyabr 2026
158
21:18 / 17 Oktyabr 2026
92
20:39 / 17 Oktyabr 2026
97
20:39 / 17 Oktyabr 2026
142
20:16 / 17 Oktyabr 2026
110
20:03 / 17 Oktyabr 2026
138
20:03 / 17 Oktyabr 2026
1601
19:50 / 17 Oktyabr 2026
105
19:38 / 17 Oktyabr 2026
286
19:38 / 17 Oktyabr 2026
136
19:32 / 17 Oktyabr 2026
1002
19:26 / 17 Oktyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.