Qaynar xətt:

(+99450) 247 90 86

Toy şəkillərini paylaşan Xoşqədəm Hidayətqızı: "Deyirdilər ki, 1 il sonra ayrılacaqlar"

Toy şəkillərini paylaşan Xoşqədəm Hidayətqızı: \\\"Deyirdilər ki, 1 il sonra ayrılacaqlar\\\"

ŞOU-BİZNES

526

22.10.2022, 20:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yeni paylaşım edib.

OXU24.COM azxeber.com-a istinadən xəbər verir ki, xanım aparıcı sosial şəbəkə hesabında müğənni həyat yoldaşı Doğuşla toyunda çəkilən fotolarını paylaşıb.

Artıq 8 ildir evli olan aparıcı paylaşdığı fotolarına bu şərhi yazıb:

"Bu gün Doğuşla evliliyimizin 8 ili tamam olur. 8 il əvvəli xatırlayıram. Bizim evliliyimizlə bağlı proqnozlar vermişdilər. 6 ay ya da 1 il sonra ayrılacaqlar. Oysa ki, ayıran da, birləşdirən də Allahdır. Çox şükür, 8 ildir, birlikdəyik".

Xatırladaq ki, Doğuşla Xoşqədəmin Arda ilə Arın adlı övladları var