Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75099
az

"Verilişlərin səviyyəsi məni qane etmir

21:1917 Oktyabr, 2022
174
ŞOU-BİZNES
  • A

"Rejissorlardan maraqlı obrazlar, təkliflər gözləyirəm. Sözün əsl mənasında iş göstərmək istəyirəm. Gözləyib, gözləyib özümü xərcləyə bilmərəm. Təbii ki, izləyicilər də məni gözləyir. Tamaşaçılarıma hər zaman hörmət etmişəm, ona görə də onların qarşısına yaxşı işlərlə çıxmalıyam. Bu gün o qədər dırnaq arası rejissor  və aktrisalar peyda olub ki, heç özüm də bilmirəm ki, onlar haradan çıxıb? İnanın ki, onları izləyib çatdıra bilmirəm. Sənət peşəkarların əlində olmalıdır".
 
OXU24.COM  xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Milli Dram teatrının aparıcı aktrisası Vəfa Zeynalova deyib. O, daha sonra əlavə edib.

"Bu sahədə belə bir söz var, biz onu tez-tez eşidirik: "İncəsənət qurban tələb edir". Həqiqətən də incəsənət qurban tələb edir. Çünki müəyyən bir dövrdə 1995-1996-cı illərdə bütün şans qapıları mənim üzümə açıq idi. O qədər mənə təkliflər gəlirdi ki. Lütfü Məmmədbəyov mənə deyirdi ki, "sən 5 il heç bir təklifi qəbul etmə, çünki "Taleyin qisməti" serialında oynadığın Lamiyə obrazı səninlə 5 il gedəcək". Amma Lamiyə mənimlə 5 il yox, hal-hazırda 30 ildir ki, gedir. Həmin illərdə teatrlardan, kinolardan, seriallardan təklif aldım, amma bu təklifləri kənara qoyub, ailə həyatı qurdum, övladlarım dünyaya gəldi və başım ailəmə qarışdı. Həmin dövrdə özümü incəsənətə qurban vermədim, incəsənəti ailəmə qurban verdim" deyə sənətkar bildirib.
 
Əməkdar artist bildirib ki, heç vaxt aktrisa olmaq istəməyib.

"Heç vaxt aktrisa olmaq istəməmişəm. İdmançı olmaq istəyirdim, hətta idmanla məşğul olurdum. Sadəcə olaraq riski sevdiyim üçün risk etdim. Bilirdim ki, uğurlu alınacaq. Sonra başa düşdüm ki, idmançı olmaq istəmirəm. Bir çox sənətlərdə özümü sınadım, amma gördüm ki, onlar da mənə uyğun deyil. Bir rəfiqəmin sözü ilə incəsənət sahəsinə gəldim. Hətta qabiliyyət imtahanına gələndə nə etüd bilirdim, nə mahnı, nə də ki, rəqs. Universitetin həyətində uşaqlar mənə hər şeyi başa saldı. Qabiliyyət imtahanında xalq artisti Şəfiqə Məmmədova oturmuşdu. Mənə özümlə bağlı suallar verdi. Hamısına da cavab vermişdim. Sorğu-sual edəndən sonra dedilər ki, gedə bilərsən. Məni İncəsənət universitetinə qəbul etmişdilər" deyə o bildirib.

Aktrisa efirlərə çıxmamasının səbəblərindən də danışıb.

"Buna mən özüm qərar vermişəm. Heç kim mənə qadağa qoya bilməz. Uzun illərdir müsahibə vermirəm, efirlərə getmirəm. Verilişlərin və xəbər portallarının səviyyəsi məni qane etmir" deyə o bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Mirəliyev yeni imicindan DANIŞDI:

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil