Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75
az

Bəstəkardan Rəqsanəyə TƏRS ŞİLLƏ: "Mahnını Aygünə yaşatmaq üçün vermişəm"

14:5029 Mart, 2018
2629
ŞOU-BİZNES
  • A
 
Xalq artisti Aygün Kazımovanın bu gün təqdim etdiyi  “Hardasan” adlı mahnısı və klipi qalmaqala səbəb olub. 

Oxu24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sənətçinin oxuduğu bəstəni bir neçə il bundan əvvəl Rəqsanə İsmayilova “İntizar” adı ilə repertuarına daxil edib.

Lakin bəstəkar İsmayıl Əsədov sözügedən mahnının Kazımovaya hədiyyə verib. Bundan xəbər tutan Rəqsanə Aygündən qabağa düşərək iki həftə əvvəl mahnını “Youtube” səhifəsində yerləşdirib. İfaçı instaqram səhifəsində də “İntizar”ı ard-arda paylaşıb.

Bununla da, hər iki məşhur arasında gərginlik yaşanıb.


Hətta Rəqsanə və Aygünün mübahisəsinə Rəhim Rəhimli də daxil olub.  O, Rusiyada yaşayan ifaçı ilə əlaqə saxlayaraq mahnının “Youtube” hesabından silməsini tələb edib. O, bəstənin yalnız Aygünün ifa edəcəyini söyləyib.

Rəqsanə də sözügedən layihə üçün bəstəkar İsmayil Əsədova 3 min manat ödəniş etdiyini iddia edib.

Qalmaqala sənətçinin qızı Aysun İsmayilova da qoşulub.  O, instaqramda “Bu mahnını illər əvvəl Rəqsanə İsmayilova ifa edib və mahnı anamındır. Son zamanlar onun yoxluğundan  bir çox məşhurlar istifadə edərək mahnılarını oxuyur. Deməli, Rəqsanə xanım illərdir efirlərə çıxmasa belə yaddaşlardan silinməyib” – şərh yazıb.

“Qafqazinfo” iki məşhuru düşmənə çevirən bəstənin müəllifi İsmayıl Əsədovla əlaqə saxlayıb. O, mahnını yaşatmaq üçün A. Kazımovaya müraciət etdiyini söyləyib:

“Mahnının müəllif hüquqları var. Bu hüquqlar kimə aiddirsə, seçimini özü edə bilər. Bu əsər 10 il efirə çıxmayıbsa, müəllifin hüququ var ki, onu başqasına versin. İllər əvvəl oxuduğun mahnını 2 həftə əvvəl “Youtube”a qoyarlar? Düzdür, ödəniş olunub, bizə yox, mahnının aranjımanına. Aygün Kazımova isə musiqini yeni aranjımanda ifa edib.  Məqsədimiz bu mahnını yaşatmaqdır”.


     Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağır qəzaya düşən Ailanın vəziyyəti açıqlandı - YENİLƏNİB - FOTO
Reanimasiyaya yerləşdirilən Faytonçu Nazimin vəziyyəti ağırdır
Tanınmış aktyora ağır itki üz verdi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu