Qaynar xətt:

(+99450) 247 90 86

Aysun anası Rəqsanənin intihara cəhdindən danışdı - VİDEO

Aysun anası Rəqsanənin intihara cəhdindən danışdı - VİDEO

ŞOU-BİZNES

510

24.09.2022, 14:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müğənni Rəqsanə İsmayılova yeni layihəsini təqdim edib.

OXU24.COM axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Göz önündə" adlı vlogunun ilk buraxılışını "YouTube" kanalında yayımlayıb. Onun ilk qonağı isə müğənni qızı Aysun İsmayılova olub. O, uşaqlıqda travma yaşadığı pis xatirəsindən danışıb:

"Yadımdadır ki, 2-3 yaşımda heç nəyin üstündə atam səni döymüşdü. Həmin vaxtlarda Moskvada yaşayırdıq. Onu bilirəm ki, sən özünü öldürmək istəmişdin. Xalam gəldi, səni təcili yardımla apardılar. Evdə mənə o baxdı".

Rəqsanə isə qızının dediklərini təsdiqləyib və dərman içərək intihara cəhd etmək istədiyini bildirib.