"Ölümə qol çəkdim" - Mətanət İsgəndərli
20 Oktyabr 2026, 22:44
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
386
17.09.2022, 09:49
""Azərbaycanım mənim" adlı oxuduğum mahnımı paylaşmışam. Bu nəğməni indi yox, 44 günlük Vətən müharibəsi bitdikdən sonra lentə almışam. İzləyicilər yazırlar ki, müharibə başlayan kimi müğənnilər özlərini reklam edir. Bu düşüncələr içinizdə olan insani keyfiyyətlərinin az olmasından irəli gəlir".
OXU24.COM bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib.
İzləyicilərin yazdığı "Oxuduğu müharibə mövzulu mahnılarla özünü reklam edir" şərhlərinə o, sərt reaksiya verib:
"Mən qadınam və müğənniyəm. Əsgərimin və vətənimin yanında olduğumu bildirirəm. Əlimdən bu gəlir. Başqa nə edə bilərəm, bilmirəm. Nə bacarıramsa, onu etməyə çalışıram. Sizin kimi telefonda "oturub", "şirə" dönmürəm. Gecə saat neçə də olsun, gedib şəhidlərimizin ailələrini ziyarət edirəm. Bununla bağlı isə paylaşımlar etmirəm.
Halbuki, gözəllik salonu açıram. İşimə görə nələrsə etməliyəm, amma etmirəm. Yasımı saxlayıram. Əsgərimin, şəhidimin ruhunu şad etməyə çalışıram. Ehsan verirəm, halva hazırlatdırıram. Sizin kimi boş-boş oturmuram. Bunu gözünüz götürmür?
Bu ağır və xalqımız üçün çətin günlərdə bu qədərmi iyrəncliyinizi hiss etdirirsiniz? Ən azından bu çətin vaxtda millətinizə dəstək olun.
O ki qaldı reklam məsələsinə, oxuduğum mahnı "rakkada-çıkkada" deyil ki, mən özümü reklam edim. "Azərbaycanım mənim" mahnısı altında "nanay-ninay" oxumamışam. Çalışmışam ki, hiss etdirim ki, vətənimi sevən vətəndaşam və əsgərimin, dövlətimin yanındayam. Nə istəyirsinizsə yazın", - deyə A.İsmayilova bildirib.
23:59 / 20 Oktyabr 2026
107
23:35 / 20 Oktyabr 2026
154
23:23 / 20 Oktyabr 2026
103
23:16 / 20 Oktyabr 2026
98
22:54 / 20 Oktyabr 2026
133
22:44 / 20 Oktyabr 2026
124
22:33 / 20 Oktyabr 2026
140
22:22 / 20 Oktyabr 2026
95
22:22 / 20 Oktyabr 2026
119
21:51 / 20 Oktyabr 2026
257
21:47 / 20 Oktyabr 2026
232
21:42 / 20 Oktyabr 2026
130
21:39 / 20 Oktyabr 2026
567
21:33 / 20 Oktyabr 2026
3050
21:28 / 20 Oktyabr 2026
111
21:22 / 20 Oktyabr 2026
601
21:17 / 20 Oktyabr 2026
106
21:15 / 20 Oktyabr 2026
103
21:06 / 20 Oktyabr 2026
100
21:03 / 20 Oktyabr 2026
89
21:00 / 20 Oktyabr 2026
83
20:55 / 20 Oktyabr 2026
81
20:50 / 20 Oktyabr 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.