Qalkinin İstanbuldakı konserti ləğv edildi
24 Oktyabr 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
466
23.07.2022, 21:20
Müğənni Damla "İlan" adlı klipində rahibə obrazını canlandırdığı üçün tənqid edilməsinə cavab verib.
OXU24.COM xəbər verir ki, Damla İnstaqram-da video paylaşaraq şəbəkə izləyicilərinin ünvanına sərt sözlər deyib.
"Boynumdakı xaça görə, məni erməni kimi qələmə verdiniz, bununla əlaqələndirdiniz. Məni din düşməni etdiniz. Müsəlmanam və xristianlığı qəbul etməmişəm. Mənə yazırlar ki, sən niyə rahibə olmusan?! Bilmədim həmin şərhlərə gülüm, ya ağlayım!? Ya da videonun şərh bölməsini bağlayım. Açıqlama da vermək istəmirdim, çünki anlayanlar da var. Standartdan kənar iş görəndə beyinlər "error" verir. Mən günlük, sıradan, bəsit, monoton işlərlə dinləyicilərimin qarşısına çıxmaq istəmirəm. Klipin danışılması bizim xeyrimizədir. Gördüyümüz işin, əziyyətin çəkisi danışılır. Elə mahnılar var ki, bilmirik nə vaxt çıxır, nə vaxt yayımlanır. Bir şəkillə bu qədər söz-söhbətə səbəb olursa, bizim üçün sevindiricidri. "Kəlmeyi-şəhadətini bilməyən insanlar yazır ki, Allahın kitabı sizə qənim olsun, xaç taxmısız. Xaç taxmaqla mən kafir oluram, ya da bu, Allahla aramdakı bağı pozur?", - Damla qeyd edib.
Onun sözlərinə görə, bu, sadəcə olaraq obrazdır: "Sizə kim dedi ki, mən Allaha inanmıram, bu klipdən sonra xristian olacam? Qaranlıq tərəflər var idi deyə, açıqlamaq istədim. Niyə belə narahat və aqressivsiz? Niyə hər şeyi çətınləşdirirsiz, istəyirsiz ki, könül bulandırasız? Rahibələr bilirsiz ki, kilsədə həyatdan, dünyadan təcrid olunub həyatlarını Allaha həvalə edirlər. Orada da küskün qadın obrazı var. Üzümdəki çiçəklərin də mənası odur ki, insan nə qədər kədərli olsa da, gülmək məcburiyyətindədir".
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.