Qalkinin İstanbuldakı konserti ləğv edildi
24 Oktyabr 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
476
02.07.2022, 22:58
"Heç vaxt düşünməzdəm ki, Türkiyəyə gedərəm, orada ailə quraram. Düşünmədiyim bir həyatın içinə düşdüm. Türkiyəyə getməsəydim, burada Məlahət Abbasova yarımçıq qalacaqdı. Sənətini davam etdirməyəcəkdi".
OXU24.COM xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Məlahət Abbasova rejissor Nail Naiboğlunun "Qırmızı" layihəsində deyib. Şəxsi həyatından danışan aktrisa həyat yoldaşı Kamildən bəhs edib. O bildirib ki, Bakıdan gedəndə nişanlı olub:
Həyat yoldaşımı Türkiyədə tanıdım, 2 ay sonra evləndik. İyunun 7-də İstanbula qastrol səfərinə getdik, İyunun 15-də biz tanış olduq, avqustun 2-də isə evləndik. Bizi qaynım tanış etmişdi. Onunla Bakıya gələndə ailəlikcə görüşmüşdük. O, çox məşhur iş adamıdır. Qaynım məni çox istəmişdi. O dedi ki, çox yaraşıqlı bir qardaşım var və səni tanış etmək istəyirəm. O zamanlar mənim üçün sıxıntılı bir dönəm oldu. Bu qərarı verməkdə də çox çətinlik çəkirdim.
Türk vətəndaşı ilə ailə qurmağıma ailəm pis reaksiya verdi. Atam bir il məni danışdırmadı".
Aktrisa keçmiş nişanlısının ona şiddət göstərdiyini etiraf edib. M.Abbasova "Düzdür ki, toyunuza 1 həftə qalmış çalışdığınız teatrın qarşısında nişanlınız sizi döyüb" sualının təsdiqləyərək, bunları əlavə edib:
"Üstündən illər keçib. Bir işin içinə şiddət girirsə, orada heç nə yoxdur. Bəlkə qırıldığım nöqtə ora idi. Qarşı tərəf şərt qoymuşdu ki, sənəti davam etdirməyəcəksən. Həyatımın ən yorğun, sıxıntılı vaxtları var idi. Məndə bir travma yaradıb. Qadın şiddətlərini oxuyuram, onu yaşadığım üçün qızlara üzülürəm. Azərbaycanın öz mentaliteti var: nişan qayıda, toy təxirə salına bilməz. Bizim toya 3 dəfə ölüm girdi: bibim, əmim rəhmətə getdi, onlarda bir nəfər dünyasını dəyişdi. Hər dəfədə toy təxirə salındı".
00:16 / 26 Oktyabr 2026
65
23:59 / 25 Oktyabr 2026
71
23:18 / 25 Oktyabr 2026
79
22:59 / 25 Oktyabr 2026
76
22:45 / 25 Oktyabr 2026
79
22:21 / 25 Oktyabr 2026
544
22:18 / 25 Oktyabr 2026
163
22:00 / 25 Oktyabr 2026
91
20:35 / 25 Oktyabr 2026
78
20:15 / 25 Oktyabr 2026
526
19:30 / 25 Oktyabr 2026
1777
19:02 / 25 Oktyabr 2026
258
16:35 / 25 Oktyabr 2026
95
16:05 / 25 Oktyabr 2026
152
15:37 / 25 Oktyabr 2026
1596
15:34 / 25 Oktyabr 2026
99
15:19 / 25 Oktyabr 2026
131
15:08 / 25 Oktyabr 2026
125
15:05 / 25 Oktyabr 2026
158
14:36 / 25 Oktyabr 2026
108
14:15 / 25 Oktyabr 2026
806
14:00 / 25 Oktyabr 2026
328
13:50 / 25 Oktyabr 2026
515
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.