Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) TikTok-da canlı yayım zamanı ağlayıb.
OXU24.COM olay-a istinadən xəbər verir ki, buna səbəb bir izləyicisinin ona "keçəl" deməsi olub.
Göz yaşlarını saxlaya bilməyən aktrisa bunları söyləyib:
"Mən sizi bağışlayıram. Nə edəsiz ki? Sizin heç bir günahınız yoxdur. Mən də ilk dəfə saçımı qırxmağa hazır olmadım. Məndən əvvəl saçını Royal (Həyat yoldaşı - Red) öz saçlarını kəsdi, sonra qayınatam, ardınca da qardaşım, bacımın oğlu bu addımı atdı. Ailəlikcə hamımız keçəl olduq".
Qeyd edək ki, sənətçi uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir.
Oxu24.com
ŞƏRHLƏR