Qaynar xətt:

(+99450) 247 90 86

Eldəniz Məmmədovdan etiraf: "Əmimi öldürüblər" - VİDEO

Eldəniz Məmmədovdan etiraf: \\\"Əmimi öldürüblər\\\" - VİDEO

ŞOU-BİZNES

479

15.06.2022, 20:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı müğənni Eldəniz Məmmədov olub.

OXU24.COM xəbər verir ki, müğənni əmisinin öldürülməsindən danışıb:

"2008-ci ildə atamı itirdik. Bu hadisə bizə çox dərd oldu. Çox dürüst insan idi. Daha sonra professor olan əmim - Aydın Məmmədov rəhmətə getdi. Əmimin biri də bu yaxınlarda rəhmətə getdi. Atamla Rafael əmim bir-birilərini çox istəyirdilər, həm dost, həm də qardaş idilər. Atamın rəhmətə getməsi ona çox təsir edirdi. Əmim 5-6 ay olar ki, dünyasını dəyişdi. 2008-ci ildən ölənə kimi hər gün çıxıb balkonda ağlayıb gəlirdi. Elə çox istəyirdilər ki, bir-birilərini. Əmim çox imkanlı olub, hamımıza dəstək olub. 1969-cu ildə 40 yaşında da bir əmim rəhmətə gedib. O əmimi öldürüblər. O hadisəni hərə bir cür danışır. Necə olduğunu dəqiq bilən yoxdur. Eşidəndə uşaq idim".