"Hazırda müvəqqəti olaraq efirlərə çıxmıram. Çəkim ilə bağlı bəzi məsələləri var. Onlar zaman keçdikdən sonra aradan qalxacaq. Necə deyərlər, atılacağam səhnəyə".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatirə İslam "MTV maqazin" proqramına deyib. Sənətçi efirlərə çıxmama səbəbindən danışıb. Xatirə hələ də verilişlərdən qonorar istəməsi haqda suala belə cavab verib:
"Bu tək mənim yox, dünyada olan qanundur. İnşallah, bizdə də olar. Müğənni toya da qonorarla gedir, dostun olar ki, ora pulsuz gedərsən.
Hazırda bir neçə stilistlərlə çalışıram. Tanınmış modelyerlər mənim üçün geyimlər hazırlayıblar. Yeni layihələrimiz, geyimlərimiz və kliplərimiz olacaq".
Oxu24.com
ŞƏRHLƏR