Xalq artisti Ənvər Həsənovun dəfn yeri məlum olub
17 Mart 2025, 09:00
Qaynar xətt:
(+99450) 247 90 86ŞOU-BİZNES
2281
05.06.2022, 23:20
Ömrünü sənətinə qurban verdi, ancaq bu gün də həyatına şükür edir
Biri var, milyonlarla adamı səsi ilə əsir edən Könül Xasıyeva..
Könül Kazım qızı Xasıyeva 1968-ci il martın 17-də Şəkidə doğulub. 1981-ci ildə gənclərin ümumrespublika müsabiqəsində qalib olub. 1981-1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Xalq artisti Şövkət Ələkbərovadan dərs alıb. 1986-1991-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Xalq artisti Arif Babayevin tələbəsi olub.
Könül Xasıyeva gənclik illərində toylar üçün ən çox tələb olunan qadın müğənnilərindən biri olub.
Müğənni 2014-cü ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.
Özünün dediyinə görə müğənni həmin dövrdə yaxşı pul da qazanıb. Bir dəfə isə Ağsu rayonunda olanda bir diş həkimi onunla evlənmək istəyir. Oğlanın xalası Könül xanımı bir kənara çəkib oğlanı ona göstərib fikrini açıqlayanda müğənni qəti etiraz edib.
Müğənninin başqa bir şəkili pərəstişkarı isə hər gün Könül xanımın təhsil aldığı konservatoriyanın qabağına gəlir, bəzən özü ilə bacısını da gətirirmiş. Könül xanım o vaxt toylara çox getdiyindən, başı qarışıq olduğundan ailə haqqında düşünməyə vaxt tapmır və şəkili aşiqinə də yox cavabı verir.
Həmçinin oxuyun
Könül Xasıyeva 39 yaşında Ramin adlı biri ilə ailə həyatı qurub. Öz toy məclisində o, muğam müəllimlərinin və sənət dostlarının xahişi ilə muğam ifa edib. Bir il sonra onların Kazım adlı övladı dünyaya gəlib. Lakin, xanəndənin evlilik həyatı uğursuz olub, onlar ayrılıblar. Müsahibələrinin birində o, bu haqda deyir:
“Həyat yoldaşımı Ramini sevib evləndim. Həyatımda bir oğlan sevmişdim, o da həyat yoldaşım idi. İndi də sevirəm, ölənə kimi sevəcəm. İndi bir yerdə yaşamırıq. Kişiyə arvad lazımdır. Ona arvadlıq edə bilmirəm. Yaxşı, ləyaqətli insandır. Ondan inciməmişəm. Dedim, get, həyatını qur, yaşa. Xəstələnəndən əvvəl ayrıldıq. Əgər xəstələnənə kimi bir yerdə olsaydıq, məni qoyub getməzdi”.
Eyni zamanda Könül xanımın oğlu Kazım da “turet” xəstəliyindən əziyyət çəkir. Xalq artistinin sözlərinə görə oğlu Kazım məktəbə gedə bilmir, qəfildən çığırır, özündən asılı olmayaraq müxtəlif hərəkətlər edir. Ona sakitləşdirici dərmanlar verilsə də, həmin dərmanlar onun yaşına uyğun olmadığı üçün səhhətinə pis təsir edir.
Xalq artisti uzun illərdir səhhəti ilə bağlı müalicə aldğını və övladının xəstəliyi ilə əlaqədar müalicələrinə ara verdiyini bununda onun sağlamlığında yenidən problemlər yaratdığını əlavə edib. Son iki ildə bütün həyatını oğlunun sağalması üçün qurban verdiyi bildirib.
Könül Xasıyeva müğənni Könül Kərimova ilə tələbə yoldaşı olub, eyni kursda təhsil alıblar. Könül Kərimova qızına toy edərkən Xasıyevanın səhhətini nəzərə alaraq onu toya dəvət etmir. Ancaq Könül Xasıyeva bu xəbəri eşidib toya gedir. İki xanəndə dəhlizdə görüşərkən Könül Xasıyeva göz yaşlarına hakim ola bilməyib ağlayır.
Ağır xəstəliyə tutulandan sonra Könül Xasıyeva dünyasını tez dəyişəcəyindən və oğlunun toyunu görə bilməyəcəyindən ehtiyat edərək az yaşlı oğlunun ad gününü toy kimi keçirmək qərarına gəlir. Məclisdə o, oğlu üçün vağzalı çaldırıb, boynuna şal, barmağına üzük taxır.
13:56 / 18 Mart 2025
HƏMAS Qəzzada döyüşlərin yenidən başlamasına münasibət bildirib
8
13:52 / 18 Mart 2025
Moldova Aİ-dən 1,9 milyard avro alacaq
11
13:29 / 18 Mart 2025
Məhkəmə Rüfət Səfərov barəsində qərar verib
12
13:03 / 18 Mart 2025
SON DƏQİQƏ! DTX onu həbs etdi — DETALLAR
40
12:37 / 18 Mart 2025
Əhaliyə xəbərdarlıq edildi: Martın 19-da...
127
12:30 / 18 Mart 2025
6 rəqəmi ona uğur gətirdi - Lotereyada 50.000 manat qazandı
121
12:11 / 18 Mart 2025
SON DƏQİQƏ! Baş nazir qərar imzaladı
458
12:07 / 18 Mart 2025
Rusiyada dollar ucuzlaşdı
44
12:04 / 18 Mart 2025
Rusiya vertolyotlarla hücuma keçdi — VİDEO
37
12:03 / 18 Mart 2025
Kəlbəcərdə qəza: Ölənlər var
35
12:01 / 18 Mart 2025
Anar Bağırovun vəkilliyə namizədlərlə görüşü keçirilib
34
11:58 / 18 Mart 2025
Polis yüzlərlə miqrantı Parisin mərkəzindəki teatr binasından çıxarıb
37
11:49 / 18 Mart 2025
SON DƏQİQƏ! İsrail onu da məhv etdi
44
11:45 / 18 Mart 2025
İftarda qəti şəkildə bunları yemək olmaz — Dietoloqla MÜSAHİBƏ
3785
11:40 / 18 Mart 2025
Uşakov Putin-Tramp söhbətindən əvvəl açıqlama verib
40
11:17 / 18 Mart 2025
Həbs edilən polkovnik-leytenanta qarşı - Əlavə ittihamlar
46
11:02 / 18 Mart 2025
Prezident və birinci xanım Ağdərəyə getdi
40
10:51 / 18 Mart 2025
Pensiyaçılara ŞAD XƏBƏR
465
10:31 / 18 Mart 2025
Qədr gecəsində bunlar edilməlidir — Dualar +Tərcüməsi
178
10:29 / 18 Mart 2025
Bu gün ilk Qədr gecəsidir
40
09:10 / 18 Mart 2025
İran ABŞ-yə xəbərdarlıq etdi
40
09:00 / 18 Mart 2025
Təyyarə dənizə düşdü: ölənlər var
83
08:35 / 18 Mart 2025
Bu gün ilaxır çərşənbədir
62
08:11 / 18 Mart 2025
Bu rayonda zəlzələ oldu
62
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.