Əməkdar artist Mətanət İsgəndərli qalmaqal yaşadığı keçmiş gəlini Canana ilə barışdıqdan sonra yenidən bir araya gəlib.
Canana sosial şəbəkə hesabında müğənni qaynanası ilə fotosunu paylaşıb.
"Bütün çətinliklərin sonu çox gözəl olur. Səbr edən hər zaman qazanar",- deyə Canana vurğulayıb.
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana ötən ilin oktyabrında boşanıblar. Məhkəmə üç uşağı ilk olaraq ataya verib. Daha sonra apellyasiya şikayəti nəticəsində uşaqlar anaya qaytarılıb.
Müğənninin keşmiş gəlini Ramazan bayramında qaynanasından üzr istədiyini və barışdıqlarını bildirib.
Oxu24.com
ŞƏRHLƏR