Qaynar xətt:

(+99450) 247 90 86

İstanbulda atışmada yaralanan azərbaycanlı aktyor öldü

İstanbulda atışmada yaralanan azərbaycanlı aktyor öldü

ŞOU-BİZNES

435

26.05.2022, 19:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin İstanbul şəhərində baş verən silahlı insident zamanı ağır xəsarət alan azərbaycanlı aktyor Kamran Dadaşzadə ölüb.

OXU24.COM  APA-ya istinadən bildirir ki, o, müalicə aldığı Cərrahpaşa xəstəxanasında keçinib.

Qeyd edək ki, mayın 23-də İstanbulun Fatih rayonunda atışma zamanı güllələrdən biri Kamran Dadaşzadənin baş nahiyəsinə tuş gəlib.

Xatırladaq ki, Kamran Dadaşzadə Sumqayıt Dövlət Dram Teatrının aktyoru olub. Türkiyədəki aktyorluq fəaliyyəti müddətində "Kurtlar Vadisi", "Savaşçı", "Kardeş Payı" və "Servet" seriallarında çəkilib.