Qaynar xətt:

(+99450) 247 90 86

Rasim Balayev xəstəxanaya yerləşdirildi

Rasim Balayev xəstəxanaya yerləşdirildi

ŞOU-BİZNES

1459

06.05.2022, 11:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın Xalq artisti, məşhur aktyor Rasim Balayevin səhhətində problemlər yaranıb.

Bunu "OXU24.COM"a açıqlamasında Xalq artisti özü bildirib.

O deyib ki, hazırda xəstəxanada müalicə alır. "Ötən gün əməliyyat olundum. Mədəmdə polip vardı, həkimlər onu götürdülər. Hazırda yaxşıyam. Bu gün son yoxlanışlardan keçib, evə buraxılacam".

Qeyd edək ki, R.Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. Xalq artisti iki ay əvvəl səhhətində yaranan narahatlığa görə, uroloji əməliyyat olmuşdu.