Qaynar xətt:

(+99450) 247 90 86

"Moskvaya gedənlər bazarda işləyənlərdir, ziyallılar deyil ki" - Elza - VİDEO

\\\"Moskvaya gedənlər bazarda işləyənlərdir, ziyallılar deyil ki\\\" - Elza - VİDEO

ŞOU-BİZNES

1443

04.05.2022, 23:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Bu bayağı mahnı ritmlərini eşidəndə boğuluram. İnsan necə siqaret tüstüsündən boğulur, o cür oluram. Bu musiqilər bizi uçuruma aparır. Ola vilsin qazanırlar".

OXU24.COM axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahana "Tarixin bir günü" verilişində deyib. Müğənni Rusiyaya toya və konsertə gedən sənətçiləri tənqid edib:

"Öz estrada janrımızda olan musiqilər qorunmalıdır. Hər bir xalqın musiqisinə hörmətlə yanaşıram. Pula görə Azərbaycan ritmimizi bu hala qoymayaq. Bizim ritm "çakkada-çıkkada"dır. Biz keçmişik "çakka-çukka"ya. Məni də Moskvaya dəvət ediblər, getmişəm, gedirəm də. Moskva Hollivud səhnəsi deyil. Elə deyirsiniz ki, müğənnilər Moskvaya gedib çıxış edir. Oraya gedənlər sadə adamlar, fəhlələrdir: biri bazarda işləyir, digəri ticarətlə məşğul olur. Ziyallı adamlar deyil ki... Daha çox toylara can atanlar İran ritmi ilə oxuyanlardır. Başım ağrıdır, bəsdirin. Bəstəkaram və ixtiyarım da var danışmağa".