Qalkinin İstanbuldakı konserti ləğv edildi
24 Oktyabr 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1135
18.04.2022, 22:07
"Saçlarım, əllərim, üzüm, ayaqlarım hamısı yanıb. Ən pisi ayaqlarımdır. Onlar dördüncə dərəcədə yanıb. Böyrəklərim və ağciyərim də zədələnib. Əlacsızlıqdan saçlarıma qaynaq edəcəyəm. Saçlarıma baxım edib, kəsdirdim. Üzüm də qabıq verib".
OXU24.COM day.az-a istinadla xəbər verir ki, bu sözləri "Location" klubunda baş verən partlayışda yaralanan bloger Aysel Şükürova sosial media hesabında yazıb.
Sosial şəbəkə əhli tərəfindən qınaq obyektinə çevrilən bloger, haqqında səsləndirilən ittihamlara sərt şəkildə reaksiya verib.
Dəhşətli günü göz önünə gətirən Aysel, yaşadıqlarını düşməninə belə arzu etmədiyini yazıb:
"Yaşadıqlarım adi deyil. 14 gündür ki, hər şeydən uzaqda müalicə alıram, bədənim yanıb. Qardaş dediyim insanın ad günündə idik. Başımıza bu hadisə gəldi. Hər şeyi unutmaq üçün dərmanlar atıram. Amma unuda bilmirəm, gözümü yumanda partlayırıq. Həmı üstümdən keçir, yanmağım, boğulmağım. Bu bir faciədir. Bu ağrıları heç düşmənimə də arzulamaram. Hadisədir, bu evdə də bizim başımıza gələ bilərdi. Çünki qismətimizdə vardı. Yəni, evdə də olsaydıq, deməli nəsə olacaqdı. Sadəcə ad günündə idim. Ora bar deyil. Hamının əyləndiyi normal məkandır. Heç kim, heç kimi qınamasın".
Hazırda müalicəsini ev şəraitində alan A.Şükürova hələ də tam sağalmadığını və ağrılarının olduğunu bildirib.
"Psixoloji müalicə alıram. Çox pisəm. Əsas istəyirəm ki, ağrılarım keçsin. Bu da keçər".
Xatırladaq ki, A.Şükürova partlayış zamanı klubdan xəsarət almadan çıxıb. Lakin rəfiqəsi, model Təranə Rzayevanı (Merlin) içəridən çıxartmaq üçün ikinci dəfə məkana daxil olub və bu zaman xəsarət alıb.
Qeyd edək ki, Aysel Şükürova Bakı Lift İdarəsinin sabiq direktoru Qüdrət Şükürovun qızıdır.
Məqaləyə dair fotomateriallar:


00:59 / 31 Oktyabr 2026
21
00:50 / 31 Oktyabr 2026
60
00:24 / 31 Oktyabr 2026
80
00:18 / 31 Oktyabr 2026
109
00:07 / 31 Oktyabr 2026
78
00:03 / 31 Oktyabr 2026
271
00:02 / 31 Oktyabr 2026
94
23:56 / 30 Oktyabr 2026
86
23:46 / 30 Oktyabr 2026
77
23:44 / 30 Oktyabr 2026
105
23:32 / 30 Oktyabr 2026
171
23:31 / 30 Oktyabr 2026
85
23:28 / 30 Oktyabr 2026
81
23:23 / 30 Oktyabr 2026
91
23:19 / 30 Oktyabr 2026
104
23:19 / 30 Oktyabr 2026
72
23:08 / 30 Oktyabr 2026
214
23:01 / 30 Oktyabr 2026
99
23:01 / 30 Oktyabr 2026
557
22:55 / 30 Oktyabr 2026
936
22:49 / 30 Oktyabr 2026
165
22:42 / 30 Oktyabr 2026
82
22:35 / 30 Oktyabr 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.